Anbardar şirkətə məxsus gübrələri sataraq 451 min manat mənimsəyib

Anbardar şirkətə məxsus gübrələri sataraq 451 min manat mənimsəyib
 

Baş Prokurorluq Azərbaycanda tanınmış qadın sahibkarın yarım milyonluq mənimsəmədə ittiham edilməsinə münasibət bildirib.
Baş Prokurorluğun Mətbuat xidmətindən  bildirilib ki, Sara Group QSC-nin direktoru Şirvan Əhmədovun müraciəti əsasında hazırda araşdırma aparılır:
"Araşdırma nəticəsində qanuni qərarın qəbul edilməsi təmin ediləcək".
Paralel.az xəbər verir ki, iddiaya əsasən, Balakən rayon sakini, 1990-cı il təvəllüdlü Dadayeva Ayparə Şaban qızı işlədiyi “Sara Group” MMC-dən 451 min manat mənimsəyib.
İttihama görə, o, bu ilin yanvar-mart ayları ərzində şirkətdə anbardar işləyərkən şirkətə məxsus gübrələri sataraq pulunu şəxsi istifadəsi üçün götürüb.
Artıq şirkət tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib və şikayət üzrə araşdırma aparılır.
Qeyd edək ki, A.Dadayeva tütünçülüklə məşğul olan fermer kimi tanınıb. O, 2019-cu ildə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

0.024828910827637