“Veysəloğlu”kolbasa və sosislərinin tərkibində neçə faiz ət var?

“Veysəloğlu”kolbasa və sosislərinin tərkibində neçə faiz ət var?
 



Ölkənin daxili bazarında satılan yarımfabrikat, kolbasa, sosiska istehsal edən şirkətlər xeyli saydadır. Bununla bərabər, ölkəyə xaricdən də belə məhsullar gətirilir. Əhalnin müəyyən hissəsi isə belə məmulatlardan yalnız “Halal” olanların istehlakçısıdır. Bəs bu istiqamətdə vəziyyət necədir?
Paralel.az “Gündəlik Bakı”ya istinadla materialı təqdim edir. Materialda qeyd edilir ki, neçə illərdir Leş Tofiq kimi tanınan şəxslər rayonlarda ölmüş at, eşşək, heyvan leşlərini gətirib Bakıda təzə ət adı ilə ucuz qiymətə dönərxanalara, kolbasa sexlərinə verirlər. Bunu bütün ölkə bilir. Dəfələrlə Leş Tofiq kimilər həbs olunsa da qısa müddət sonra azadlığa çıxaraq əməllərini davam etdirirlər.
Yəni ölkəmizdə satılan kolbasa və sosiskalara ya cüzi ət qatılır, ya da mənşəyi bəlli olmayan ətdən istifadə olunur. Bəs görəsən xaricdən aldığımız kolbasa və sosiska məhsulları necədir?
Ekspertlərin dediyinə görə, Azərbaycana gətirilmiş kolbasa məmulatlarının içərisində demək olar ki, ətdən başqa hər şey var. Bu kolbasalarda süni ət, soya unu, sümük unu (Azərbaycanda heyvanların sümüyü atılır, Rusiyada sümüklər una çevrilib, kolbasalara qatılır), donuz və müxtəlif heyvanların dərisi, heyvanların tullantısı hesab edilən bütün elementlər kolbasa və sosiskalara vurulur. Xaricdən gətirilən bu kolbasaların etiketlənməsi çox yaxşı, rəngi-dadı öz yerində olur. Onlara çox sayda dadlandırıcı, rəngləndirici və qoxu verən maddələr vurulur.
Xarici ölkədən aldığımız keyfiyyətsiz kolbasa və sosiskanı həmin ölkədə vətəndaşa sata bilməzsən. Yəni bizim ölkəyə kolbasa gətirən şirkətlərimiz gedib həmin ölkədə kolbasa və sosiskanın tərkibi ilə bağlı “zakaz” verirlər.
Bəzi ölkələrdə, ümumiyyətlə, kolbasa və sosiska istehsalı qadağan olunub.
Azərbaycanda isə kolbasa istehsalında Hindistandan gətirilmiş keyfiyyətsiz ətlərdən geniş istifadə edilir. Əslində, kolbasa və sosiskanın tərkibində 50 fazi ət olmalıdır. Amma Aydın Talıbovun sahibi olduğu “Veysəloğlu” şirkətlər qrupuna məxsus olan “Araz” və “Oba” marketlərində satılan kolbasa və sosiskaların tərkibində heç 10 faiz ət yoxdur. Hələ bunlar azmış kimi, Veysəloğlu “Halal” kolbasa və sosiska reklamı adı altında az qala millətimizin genefondunu məhv edir.
“Halal” etiketi ilə istehsal edilən kolbasa və sosiska məhsulları da var. Lakin bu məhsullara halallıq sertifikatını kim və necə verib?
Yeri gəlmişkən, "Veysəloğlu” Şirkətlər Qrupunun əsas partnyor şirkətlərindən olan "Halal Dad” MMC-nin məhsullarının halallığı alıcılar tərəfindən ciddi şübhə ilə qarşılanır.
P.S. Məsələ ilə bağlı qarşı tərəf də öz mövqeyini bildirə bilər.
Paralel.az

0.016827821731567