Ramazan orucu Allahın təbiyə proqramıdır - VIII yazı

Ramazan orucu Allahın təbiyə proqramıdır - VIII yazı
 

Siracəddin Hacı: 

QURANİ-KƏRİM müttəqiləri (təqva sahiblərini) bu ölçülərlə tanıdır, onlar:

- əhdinə vəfalı olarlar; (Ali-İmran, 3/76)
- bağışlamağı sevərlər; (Maidə, 5/8)
- ədalətli olarlar; (Maidə, 5/8)
- doğru davranarlar; (Tövbə, 9/7)
- malla, canla cihad edərlər; (Tövbə, 9/44)
ALLAHIN TƏQVALI OLANLARA VƏDLƏRİ VAR:

- Allahın dostlarıdır; (Yunus, 10/62-63)
- qorxu görməyəcəklər; (Yunus, 10/62-63)
- Allah onlara qapı açar; (Talaq, 65/2)
- gözləmədikləri yerdən ruzi verər; (Talaq, 65/3)
- buyruqlarını asanlaşdırar; (Talaq, 65/4)
- günahlarını örtər; (Talaq, 65/4)
- böyük mükafat verər; (Talaq, 65/4)
- şeytanı tanıma gücü verər; (Əraf, 6/201)
- həqiqəti qavrama gücü bəxş edər; (Əraf, 6/201)
- haqqı batildən ayırma imkanı verər; (Ənfal, 8/29)
- pisliklərinin üzərini örtər; (Ənfal, 8/29)
- onları bağışlayar; (Ənfal, 8/29)
- rəhmət endirər; (Ənam, 6/155)
Qurani-Kərimdə TƏQVA anlayışı şirkdən qorunma(Fəth, 48/26), müsəlman olduqdan sonra böyük və kiçik günahlardan çəkinmə (Əraf, 7/96), qəlbi Allahdan uzaqlaşdıracaq şeylərdən təmizləyərək Ona yönəlmə (Ali-İmran, 3/102) anlamlarında da işlənmişdir.

ALLAH RƏSULU TƏQVANI BU ÖLÇÜLƏRLƏ TANITMIŞDIR:

- insanı xalqın gözündə ucaldan var-dövlət, Allahın gözündə ucaldan təqvadır; (Tirmizi, Tefsirul-Kuran, 49)
- ey Allahım, Səndən hidayət, təqva, iffət, qəlb zənginliyi istəyirəm; (Müslim, Zikir, 72)
- insanların cənnətə girməsinə səbəb olan ən önəmli əməl Allahdan çəkinmək (təqva) və gözəl əxlaqdır;(Tirmizi, Birr, 62)
- üstünlük təqvadadır; (İbn Hənbəl, V, 411)
- təqvalı insan sahib olduğu nemətin haqqını verər;(İbn Hənbəl, V, 372)
- təqva dinin yarısıdır; (Beyhəqi, Şuəbul-iman, IV, 382)
- təqva Allahın yardımına yol açar; (Riyazüs-salihin, c.I, s. 302-303)
- təqva ruziyə vəsilədir; (Riyazüs-salihin, c.I, s. 303)
- insanların ən xeyirlisi təqvalı olanıdır; (Riyazüs-salihin, c.I, s. 324)
- təqva sıxıntılardan qurtuluşa vəsilədir; (Riyazüs-salihin, c.I, s. 303, 557)
- təqvanın əsası şübhəli şeylərdən qaçmaqdır;(Riyazüs-salihin, c.III, s. 482)
- Allah Rəsulu səfərə çıxmaq istəyən bir insana belə dua etmişdir: “Allah səni təqva ilə ruziləndirsin”;(Tirmizi, Dəavat , 44; Darimi, İstizan, 41)
AYƏ deyir ki, ORUC ruhun qidasıdır, o, insana özünə nəzarəti öyrədir, imanı bəsləyir, günahlardan qoruyur. Ayədəki “bəlkə (umulur ki) bu sayədə - oruc tutaraq təqvaya qovuşasınız (qorunasınız)” sözlərinin həm bu dünyaya, həm də axirətə yönəlmiş izahı var: oruc tutsanız, bu dünyada günahlardan, axirətdə cəhənnəm əzabından qorunarsınız. Belə ki, önəmini qavrayaraq oruc tutmaq insana nəfsinə nəzarət imkanı qazandırır, o, duyğularına hakim olur, güclənir, günahlardan qorunmaq imkanı əldə edir, nəticədə, təqvaya-qoruma, qorunma sisteminə sahib olur, təqva da iki dünyanın səadətinə yol açır.

ALLAH RƏSULU buyurur:

- Ramazan səbir (dirəniş) ayıdır, səbrin qarşılığı cənnətdir;
- Ramazan ayında şeytanlar bağlanır;
- “Yalan danışmağı, yalanla iş görməyi tərk etməyən bir insanın yeməyi, içməyi tərk etməsinə, ac qalmasına Allahın ehtiyacı yoxdur”;
- “Oruc bir qalxandır, oruclu pis söz söyləməsin, kim onunla didişmək, dalaşmaq istəsə: “Mən orucluyam, mən orucluyam”, - desin və onunla dalaşmasın”;
- “Kim inanaraq və savabını yalnız Allahdan gözləyərək Ramazan orucunu tutsa, keçmiş günahları bağışlanar”;
- oruc tutmaq sədaqətdir;
- Ramazan günahları yandırdığına görə Ramazan adlanır;
- ümmətin səyahəti orucdur (mənəvi, ruhi, iç aləminə səyahət);
Ardı var... 

Paralel.az

0.02092719078064