Bakıda baş verən qasırğa Qurana dövlət səviyyəsində and içilməsinə baglanır – HESABLAMA 

Bakıda baş verən qasırğa Qurana dövlət səviyyəsində and içilməsinə baglanır – HESABLAMA 
 

 

 

Bildiyiniz kimi bu gün (4 aprel 2022-ci il tarixdə) Bakıda baş verən güclü qasırğa bir sıra dağıntılara və fəsadlara səbəb oldu. Belə ki, binaların damını uçurdu, yollarda avtomobilləri çevirdi... Beləliklə, vətəndaşlarımızın həm səhhətinə, həm də maddiyyatına xeyli ziyan vurdu. İlk baxışdan adi bir təbiət hadisəsi kimi görünən bu fırtınanın hesablaması çox dərin mənalar verir və ciddi bir qanunauyğunluğa tabe olduğunu ortaya qoyur. Məlum olur ki, ölkədə baş verən haqsızlıq, ədalətsizlik, zülm və insanların kütlvi şəkildə pozgun həyata meyllənməsi Allahın qəzəbinə səbəb olur və vaxtaşırı ölkəmizin üzərinə bəlalar enir. Həmçinin, torpağın bərəkəti çəkilir, çaylarda sular quruyur, əkinləri sel suları məhv edir və s. Bu gün baş verən və həyatı iflic edən qasırğa da bu qəbildəndir – növbəti xəbərdarlıq mesajıdır. Bunu aşağıdakı hesablamalardan da görmək olur:

 

1. Yadınıza salım ki, keçən il iyunun 25-də İmişlidə bazar yanmışdı. Bugünkü qasırğa həmin hadisənin 286-cı günü baş verdi. (Orjinal Quranın səhifələrinin sayı olan 286 ədədi Allahın kodlaşdırılmış “möhürü” olaraq, bütün bu kimi hadisələrin üzərinə “vurulur”). Hər iki həyəcanlı hadisənin üzərində Allahın “möhürü”nün olması hadisələrin Allahdan xəbərdarlıq mesajı olması barədə söylədiyimiz fikri təsdiq edir. 

 

2. 1 dekabr 2019-cu ildə Zaqatalada baş verən zəlzələ bölgə əhalisini həyəcana saldı. Elmi-lədun hesablamalarımız göstərir ki, bugünkü qasırğa həmin zəlzələnin davamıdır. Belə ki, bu iki hadisə (mesaj) arasında 858 gün fərq vardır ki, bundan da Kəbədəki orjinal Quranın səhifələrinin sayını çıxsaq, yenə də 286 ədədi alınır və hadisələr üzərində Allahın kodlaşdırılmış möhürünün olduğunu göstərir:

 

858 – 286 – 286 = 286 

 

(Qeyd edək ki, XVIII əsrə qədər  üzü əl ilə köçürülən, Kəbədə, muzey və kitabxanalarda saxlanılan bütün quranlar 286  səhifəyə yerləşdirilib. Sonralar nəşriyyatlarda çap olunan müqəddəs kitabın sözlərini dəyişdirməsələr də kağız formatını dəyişdirdiklərindən, səhifələrin sayı dəyişdi. Əslində 286 səhifəyə yerləşdirilməlidir.)

 

3. Bu gün baş verən qasırğa tək İmişli bazarının yanmasına bağlanmır, həm də Şəki bazarının yanmasına bağlanır. Xatırladım ki, 12 oktyabr 2016-cı il tarixdə (həmin ilin 286-cı günündə) Şəki bazarı yandı. Bu gün qasırğa baş verəndə və binalar, maşınlar qəzaya uğrayanda həmin hadisənin 2002-ci günü idi ki, bu da 286 ədədinin yeddi mislidir:

 

2002 : 7 = 286 

 

4. Hesablamalarımız göstərir ki, bu günkü qasırğa fəlakəti Prezidentin andiçmə mərasiminə də bağlanır. (Burada dost-tanış narahat olacaq ki, yenə yüksək vəzifəlilərə xəbərdarlıq edirəm. Bu məndən aslı olan bir iş deyil. Elmi-lədun düsturlar ələm kimi bir şeydir – axtarıb, hadisənin bütün səbəblərini üzə çıxarır.) Məlum olur ki, dövlət səviyyəsində Qurana üçüncü dəfə əl basıb, əməl etməmək və ölkədə haqsızlıq, ədalətsizlik, zülm mühiti yaratmaq Allahın qəzəbinə səbəb olmuş və bu səbəbdən Azərbaycanda tez-tez müxtəlif qəza və fəlakətlər baş verməkdədir. Xatırladım ki, üçüncü andiçmənin 1716-cı günü (3.07.18) Azərbaycanda olan bütün elektrik stansiyaları dayandığından ölkə həftələrlə aranlığa qərq oldu. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bu gün baş verən və həyatı iflic edən qasırğa da həmin üçüncü andiçməyə (19.10.13) bağlanır. Belə ki, bu gün həmin andiçmənin 3088-ci günüdür ki, bundan da 286 ədədinin on mislini çıxsaq, alınan ədəd Quranın surələrinin sayını (114) göstərir və bu gün baş verən qasırğanın ölkədəki haqsızlığa, ədalətsizliyə, zülmə Allahın qəzəbinin təzahürü olduğunu bir daha sübut edir:

 

3088 – (286 x 10) = (114 + 114) 

 

Oxucunu yormamaq üçün hesablamaları çox uzatmıram. Bir daha vurğulamaq istəyirəm ki, bu gün ölkədə tüğyan edən pozğunluğa, haqsızlığa, zülmə... görə Qurana əl basıb and içənlər günahkar və cavabdehdirlər. Çünki, onlar bütün bu eybəcərliklərin, çatışmazlıqların qarışısını alacaqlarına görə Qurana əl basıb and içmişdilər (buna həm xalq, həm də Allah şahid oldu). Lakin, təəssüflər olsun ki, içdikləri anda əməl etmədilər. Bu səbəbdən də bunun ziyanını (cəzasını) həm and içənlər özləri, həm də onları o məqama yüksəldənlər (xalq) çəkməkdədir. Belə ki, tez-tez ölkədə baş verən zəlzələ, qasırğa, daşqın, yanğın kimi fəlakətlər xalqa külli miqdarda ziyan vurur. 

 

Hesablamalarımız göstərir ki, indiyədək baş verənlər əslində qarşıdan gələn böyük bəlanın kiçik siqnallarıdır (necə ki. qatar gələndə fit verər). Böyük bəlanın gəlməsinə aylar (bəlkə də həftələr) qalıb. Ancaq onu bilirəm ki, 114 gündən də az qalıb (ona görə açıq danışıram).

 Gələn böyük bəla ölkədəki vəziyyəti düzəldəcəyinə görə Qurana əl basıb and içənləri (bütün bunlara görə Allah qarşısında məsuliyyət daşıyanları) tutacaqdır! Bütün bunları təkrar-təkrar şərh etməkdə məqsədim odur ki, papağınızı qarşınıza qoyub, yaxşı-yaxşı fikirləşin. Vəzifənizə, pulunuza, varınıza, ordunuza... güvənməyin! Bunların heç biri Allahdan gələn bəlanın qarşısını ala bilməz! Nə özünüzü, nə də xalqı güdaza verməyin! Tövbə edin, yolunuza qayıdın! And içib üzərinizə götürdüyünüz öhdəliyi (vədi) yerinə yetirin! Əgər kütləvi hal alan pozğunluğun, haqsızlığın... qarşısını almaqda özünüzü aciz bilirsinizsə (özünüzdən böyük güclərdən çəkinirsinizsə) biz sizə Allahın bizə öyrətdiyi elmlə kömək edə bilərik (həm vədinizi yerinə yetirərsiniz, həm də heç bir təzyiqə məruz qalmarsınız). Biz sizə indi (bəla gələnədək) kömək edə bilərik. Allahdan bəla gələndə biz istəsək də sizə kömək edə bilmərik (nəinki sizlərə, heç öz övladlarımıza belə kömək edə bilmərik). Odur ki, nə qədər gec deyil vədinizi yerinə yetirməyə çalışın. Bizdən deməkdir... 

“(Toz-torpağı) sovurub-dağıdan küləklərə;

Yağış yüklü buludlara; 

Asanlıqla üzüb gedən gəmilərə;

Və ruzi bölən mələklərə and olsun ki,

Sizə vəd olunan (əzab) həqiqətdir (mütləq gələcəkdir).

Cəza da labüddür!” Quran, “Sovurub-dağıdan küləklər” surəsi, 1-6-cı ayələr.

 

Paşa Yaqub,

həkim, Elmi-lədun bilicisi

0.020570039749146