Zakir Fərəcovun adamları niyə vurulur?

Zakir Fərəcovun adamları niyə vurulur?
 

 

İradə Gülməmmədova və Mehdi Səlimzadə vəzifədən getdi...

Hakimiyyətdə gedən kadr dəyişiklikləri cəmiyyətdə birmənalı qarşılanmır. İctimaiyyət bu dəyişiklikləri hakimiyyət daxilində gedən qruplararası mübarizənin nəticəsi kimi dəyərləndirir.

Son zamanlar ölkədə kürd qruplaşmasının liderlərindən sayılan Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcova yaxın yüksək vəzifəli şəxslərin- Abşeronun icra başçısı İradə Gülməmmödova və Göyçayın icra başçısı Mehdi Səlimzadənin tutduğu vəzifədən azad olunması cəmiyyətdə Zakir Fərəcovun ətrafının vurulması kimi izah olunur.

Məlumdur ki, sabiq icra başçısı İradə Gülməmmədova ölkədə yeganə qadın icra başçısı kimi Zakir Fərəcovun ən yaxın adamı, Mehdi Səlimzadə isə Zakir Fərəcovun qudasıdır.

Aygün

0.021249055862427