Niderlandda mart soyqırımı anılıb
Dünən Niderllandın Haaqa şəhərində Azərbaycan - Türk Kultur Dərnəyinin başkanı İlhan Askin tərəfindən düzənlənən 31 Mart soyqırımı ilə bağlı tədbir keçirilldi.
Əvvəlcə deportasiya zamanı Soyqırıma məruz qalmış və Qarabağ müharibısində şəhid olmuş əsgərlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı, sonra şəhidlərin xatirəsinə quran oxunuldu və soyqırımı ilə bağlı video film seyr edildi.
Tədbirə Azərbaycandan qatılan Azərbaycan Dillər Universitetinin dosenti, Azərbaycan Qaçqlnlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının Beynəlxalq Əlaqələr üzrə sədr müavini fil.f.d. Həqiqət Hacıyeva çıxış etdi.
O, çıxışlnda 31 mart soyqırımı, deportasiyalar və xalqımlzın başına gətirilən müsibətlərdən dəvətli olan tədbir iştirakçılarına geniş məlumat verdi.
Tədbirdə özlərinin yaşamış olduğu hadisələrdən danışan Türk - İslam Kültur Cəmiyyətinin sədri Tahsin Cətinqaya, Azərbaycan Odlar Yurdu Cəmiyyətinin sədri Firəngiz Bağırova, Azərbaycan Lades Klubunun rəhbəri Kəmalə Cəlilova, Avropa Ana Vətən Qadınlar Cəmiyyətinin rəhbəri Mayisə Ağamirzəyeva, CDA partiyasından Betul Sen-Avci , D 66 Tolunay Azər, DƏNK partiyasından Funda İləri çıxış etdi.
Sonda Şəhidlərimiz üçün ehsan verildi.