Rusiya - Ukrayna danışıqlarının düyünü açıldı?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sayəsində Rusiya - Ukrayna danışıqlarının düyünü açıldı.
Paralel.az xəbər verir ki, bunu Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin nümayəndəsi Aleksandr Çalıy deyib.
"Prezident Ərdoğana böyük hörmət və ehtiramımızı ifadə etməliyik. Çünki şənbə günü çox çətin danışıqlar oldu, tamamilə dalana dirəndi. Gələn həftə heç bir nəticə verməyəcəyini gözləyirdim.
Prezident Ərdoğanın Ukrayna-Rusiya üçbucağında danışıqlar aparması sayəsində İstanbulda toplaşmaq fürsətimiz oldu və nümayəndə heyətlərinin başçıları səviyyəsində müəyyən razılaşmalar əldə etdik”, - deyə Çalıy bildirib.
Şahnaz