Avropa Parlamentinin deputatı, keçmiş XİN və MN, eyni zamanda Polşa Seyminin keçmiş marşalı Radoslav Sikorski:
"Mən 2008-ci ildə NATO sammitində iştirak etmişdim, elə o zaman Putin Ukraynanın başqa ölkələrin parçalarından yığılmış süni ölkə olduğunu demişdi artıq. Hətta onun çıxışının mətnini Rusiya nümayəndə heyətindən almışdım. Mən Ukraynanın o vaxtkı müdafiə nazirini dəvət etmişdim. Mən bu nitqi ona da verdim. Düşündüm ki, bu, o zaman müzakirə olunan büdcə üçün mübarizə aparmağa kömək edəcək. Sonrakı illərdə isə iki hadisə oldu. Mən Rusiya Duması sədrinin müavini Jirinovskidən məktub almışdım. Çox vaxt çılğın fikirləri sınamaq üçün Kreml ondan istifadə edirdi. Məktubda o, xüsusi olaraq Polşanı Ukraynanın bölünməsində iştirak etməyə dəvət edirdi. Təbii ki, biz də cavab vermədik. Putin isə 2008-ci ildə Polşaya rəsmi səfəri zamanı görüşlərində işarə etmişdi ki, “yaxşı, bilirsinizmi, Lvov Polşa şəhəridir, bəlkə bu barədə birlikdə nəsə edək?” deyə sual ünvanlamışdı. Bu, təklifdən daha çox eyham idi bizə. Lakin, 1939-cu ildə Polşada Hermann Goeringin sözlərini xatırlatdı: "Qdanskın itirilməsindən, Baltik dənizinə çıxışın itirilməsindən narahat olmayın. Qara dəniz də dənizdir"....