"Rusiya nüfuzunu itirməklə bərabər, gücünü də itirir"

 

 

Çingiz Şahbazi:

Rusiya nüfuzunu itirməklə bərabər, gücünü də itirir. Rusiyanın əleyhinə işləyən zaman, yaxın gələcəkdə onu iqtisadi baxımdan dünyada əldə etdiyi yerdən məhrum edəcəkdir. Artıq, Rusiyanın əvəzlənməsi üçün mühüm danışıqlar aparılır. Bundan başqa Rusiya siyasi arenada nüfuzunu itirməkdə davam edir və onun dairəsi daralır. Siyasi baxımdan onun təsir nöqtələri əlindən çıxır və istəsə belə onlara nəzarəti əlində saxlaya bilmir. Biz bunu, Rusiyanın istər Qarabağdan, istərsə də digər ölkələrdən hərbi qüvvələrini Ukrayna cəbhəsinə çəkməsi məcburiyyəti sırasında müsahibə etdik. İqtisadi əlaqələrini itirən Rusiya, həm də siyasi əlaqələrini itirir. Qərb, İtirilmiş iqtisadi əlaqələri yeniləri ilə əvəz etmək üçün yeni partnyorluq əlaqələri axtarışındadır və paralel olaraq siyasi əlaqələri yeniləmək də mütləq şəkildə zərurətə çevrilir. Bu zərurətin tərkibində həmçinin regional gücü müəyyənləşdirmək məsələsi də var. Bu güc Türkiyədir. Rusiya itirdiyi təqdirdə, Türkiyə qazanacaq. Cənubi Qafqazda ən təsirli güc mərkəzi Türkiyənin əlinə keçə bilməsi üçün, tarixin ən böyük fursəti və şansı yetişmişdir.

Paralel.az

0.045591115951538