Ermənistanın təxribatlarına xaricdən dəstək davam edir?..
Ermənistanın təxribat məqsədilə Qarabağda sülhməramlı qüvvələrinin kontingentini artırmaq barədə Rusiyaya müraciət etməsi və bununla bağlı ABŞ Departamentinin verdiyi açıqlamadan sonra, guya Azərbaycan hərbçilərinin mövqeyindən geri çəkilməsi barədə yayılan şayiələr yalandır!..
Azərbaycanın müzəffər ordusu Rusiya sülhməramlıları ilə razılaşdırılmış əvvəlki mövqeyini qorumaqda davam edir və heç bir geriçəkilmədən söhbət gedə bilməz!..
ABŞ Departamentinin və Rusiya Müdafiə nazirliyinin Ermənistanın törətdiyi təxribatlara hələ də reallıq kimi yanaşaraq, göstərdikləri həssaslıq isə yalnız təəssüf doğurur...
Tapdıq Abbas
Paralel.az