Ukraynadan radiasiya riski ilə bağlı xəbərdarlıq
Paralel.az xəbər verir ki, Ukrayna baş nazirinin müavini İrina Vereşçuk radiasiya xəbərdarlığı edib. O, BMT-yə müraciət edib: “İrina Vereşçuk Rusiya qüvvələrini stansiyanın ətrafını silahlandırmaqda ittiham edib. Vereşçuk Rusiyanı işğal olunmuş Çernobıl Elektrik Stansiyasının ətrafında Avropanın böyük hissəsinə radiasiya göndərə biləcək məsuliyyətsiz hərəkətlərdə ittiham edib: ““Rusiya ordusunun məsuliyyətsiz və qeyri-peşəkar hərəkətləri təkcə Ukrayna üçün deyil, yüz milyonlarla avropalı üçün də çox ciddi təhlükə yaradır”.
Vereşçuk BMT Təhlükəsizlik Şurasını bölgənin demilitarizasiyası üçün təcili addımlar atmağa çağırıb. O, vurğulayıb ki, sözügedən silahlanma siyasəti 1986-cı ildə partladılmış stansiyanın dördüncü blokunda tikilən izolyasiya konstruksiyalarına çox ciddi ziyan vurmaq riski yaradır”.
Nigar