Müharibə qurbanları və sümürgənlər...

Müharibə qurbanları və sümürgənlər...
 

Dünya sümürgənlərin qazanc məkanına çevrilib

Tarixə nəzər salanda ABŞ, Avropa ölkələri və Rusiya con əsrlər ərzində dünyanın zəif ölkələrini işğal edərək, sümürməklə gücləndiklərilə tanış oluruq. 

Orta əsrlərdə dünyanın ən böyük işğalçı dövlətləri sırasına nəzər yetirəndə isə, Britaniya, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Danimarka, Hollandiya daha çox diqqət çəkir. Şimali və Cənubi Amerika, Afrika və Cənub-Şərqi Asiya uzun illər Avropa dövlətlərinin işğalına məruz qalıblar və bu prosses indi də davam edir.

Ukrayna-Rusiya müharibəsi ABŞ və Avropa ölkələrinin dünyanın təbii sərvətlərinin 40 faizini işğal edib, Avropanı enerji asılılığında saxlayan Rusiyanı parçalamaq və dünyanı yenidən şəkilləndirmək uğrunda apardığı gərgin mübarizədir.

ABŞ və Avropanın əlində işğal alətinə çevrilmiş demokratiya, insan haqları, qanunun aliliyi kimi dəyərlər dini və milli münasibətlər kontekstində əhəmiyyətini itirdiyini dünya çoxdan seyr edir.

Məsələn, Azərbaycan və Ermənistan arasında Qarabağ uğrunda gedən, xristian dövlətlərinin Ermənistana verdiyi dəstəklə 30 il davam edən müharibənin nizamlanması və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsi üçün yaradılan ATƏT-in Minsk qrupunda həmsədrlik edən ABŞ, Fransa və Rusiyanın "ədalət tərəzisinin" nə qədər əyri işlədiyini bütün dünya müşahidə etdi.

Hazırda Ukraynanı işğal etməyə girişən Rusiyanın başladığı ədalətsiz və qaniçən müharibəyə silah-sursat və maddi-mənəvi yardım dəstəyi göstərməklə iştirak edən ABŞ, Avropa, NATO və Aİ əslində, ukrayna xalqını öz maraqlarının qurbanına çeviriblər.

Rusiyanı çökdürmək və parçalamaq siyasəti özünün pik həddinə çatmaq üzrədir. Dünya bu müharibədə 2 yerə bölünüb. Təxminən dünyanın 140-dan çox dövləti Ukraynanın, 40-a yaxın dövləti isə Rusiyanın tərəfini tutur. Təbii olaraq bu müharibədə ədalət Ukraynanın tərəfindədir. Rusiya bu müharibəyə başladığı andan uduzub. Hətta Rusiya Ukraynanı tam işğal etsə belə, onun məğlubiyyəti artıq çoxdan təsdiq olunub.

Lakin bir məsələ hələ də qaranlıq qalır:- Bu müharibəyə münasibətdə ABŞ və Qərb "demokratik dəyərlər və insan haqqları" prinsipinə əməl edəcəklərmi?!...

Tapdıq Abbas

0.016524076461792