Rusiyanın və Ukraynanın əsas informasiya resursları və informasiya siyasəti

Rusiyanın və Ukraynanın əsas informasiya resursları və informasiya siyasəti
 
Osman Gündüz:

Rusiyanın əsas informasiya resursları dövlətə məxsus olan ənənəvi media və qismən də internet resurslarıdır.

Bu ölkədə ictimai rəyə təsir baxımından TV -lər daha çox üstünlüyə malikdir.

Rusiya müharibə başlanandan alternativ media olan sosial medianı, həmçinin bir çox müstəqil internet media resurslarını bloklamağa üstünlük verib.

Yeri gəlmişkən, Rusiya bu ölkədə Azərbaycanın rusdilli haqqin.az resursunu da bloklayıb.

Rusiya qlobal sosial media resurslarını nə qədər bloklasa da, statistika göstərir ki, sosial media indiyədək də əhalinin xeyli hissəsi üçün alternativ informasiya mənbəyidir:

1. Facebook, 24 fevraladək Rusiyada təxminən 10 milyon, bloklanandan sonda, VPN-lə təxminən 7 milyon istifadə edir

2. Telegram istifadəçiləri artıb, müharibəyədək təxminən 35 milyon, hazırda 47 milyon əhali istifadə edir

3. İnstagram, müharibəyədək təxminən 41 milyon, bloklanandan sonra 32 milyon istifadə edir (VPN)

4.VKontakte daha çox güclənib , müharibəyədək 46 milyon, hazırda 50 milyon istifadəçisi var

5. Rusiya TikTok-a da məhdudiyyət tətbiq edib, amma hazırda 30 milyondan çox istifadəçisi var(VPN)

Rusiya Twitter və Google xidmətlərinə də məhdudiyyətlər tətbiq edib.

Göründüyü kimi, Rusiyada hazırda Telegram və VKontakte əsas alternativ informasiya mənbəyidir

Ukrayna isə var qüvvəsi ilə UaNet-in və bütün qlobal sosial media resurslarının dayanıqlığını qoruyur. Mobil internet bu ölkədə mühüm kommunikasiya vasitəsinə çevrilib. Ukraynada sosial media alternativ yox, əsas informasiya mənbəyi və əsas yayım vasitəsidir.

Həmçinin əhali ilə informasiya münasibətləri üçün çoxsaylı rəqəmsal həllər və sosial resurslar istifadəyə verilir.

Yeri gəlmişkən, əvvəllər bu ölkədə qadağan olunan VKontakte -dən də istifadəyə icazə verilib.

Ukraynada Telegram, Twitter və Facebook daha populyardı.

Paralel.az

 

0.084311008453369