"Rusiya o qədər bir heçlikdir ki, tənqid etməyə bircə nəsnə tapmırsan"

 
 
Yasəmən Qaraqoyunlu:
"Rusiya o qədər bir heçlikdir ki, tənqid etməyə bircə nəsnə tapmırsan. Bəsit şənlik, alkol və zorba müharibələr. Sərhədləri böyüyür, ruhu isə əsla böyümür. Rus ruhunun uçuşu Çaykovskinin Qu Quşunun uçuşu qədərdir. Ruhun qidası nifrətdir. Bəsit mədəniyyətlərin meyvəsi nifrətdir. İşıq saçmır.
Qərb isə mahiyyətcə elə bir dünyadır ki, burada əşya mütləqdir. Əşyaya tapın. Gir o əşyalar dünyasının içinə, əşyalar dünya cənnəti yaratmış, cənnəti bu dünyada yaşa, bu dünyanı həm doyunca sev, həm də doyunca tənqid elə... Sevgi də nifrət də azaddır. Allahlar, krallar, otoriteler ölmüşdür. Özgür yaşa, özgür öl.
Hindistana pərəstiş et. Fəlsəfəsi, dünyası, ruhun zənginlikləri içində it-bat. Bir qatdan o biri qata keç. Burada varlıqla yoxluğun sınırları itmişdir. Ölüm aşılmışdır. Reinkarnasyonla əbədi həyat bulursan
Çini isə ürəyinlə duymağa çalış. Doğa fəlsəfəsinə dal. Doğa ilə birləş buludlarda uç. Doğanın səsini dinlə Xoşbəxt ol. İpəyin xışıltısını eşit. Bu xışıltıda həyat da var ölüm də. Çini dərk etdinsə Su fəlsəfəsini dərk etdin. Suyun axışına qatıl ax. Su ol.
Ərəbin Allahını aşkla sev hüzur bul, Səmaya dal. Meraca qalx. Allahla qovuş. Yaradılışın qayəsi yaradanla birləşməkdir. Dünya fırlanır. Gör səhrada ay necə də parlaqdır.
Farsın şerində, mistisizmində ruhunu dincəlt. Dünya beşgünlükdür. Meyxanədə Mey iç. Sev. Sevgidən sərxoş ol. Bu anlamsız dünyanı Gözəlin bir zülfünə bağışlamağa dəyər.
Türkün isə xarakterindəki daimi bir iztirabını duymağa çalış ki, dünya niyə bu qədər dardır. O qədər kiçikdir ki, sadəcə bir kralı olmalı. At belində çöllərdə rüzgarlara doğru çapdıqca, zamanın içinə daldıqca, tarixi yendikcə ruhum dünyanın bütün qatlarını, sınırlarını aşıb keçir. Bu dünyada Fəaliyyət alanı çox kiçikdir. Dünyanı nasıl böyüdüm...
P. S. Fəlsəfə idrakın həzzidir. mədəniyyətlərin və xalqların xatakterini açmağa, dərk etməyə çalışdığı üçün dost olduq."
0.01427698135376