Azərbaycanda yaşanan sel fəlakəti riyazi yolla Prezidentin andiçmə mərasiminə bağlanır

Azərbaycanda yaşanan sel fəlakəti riyazi yolla Prezidentin andiçmə mərasiminə bağlanır
 



Baharın qışa dönməsinin sirləri...

Xəbər verildiyi kimi 18 mart 2022-ci il tarixdən başlayaraq Azərbaycanın bir sıra rayonlarında (Masallı, Cəlilabad…) baş verən sel və daşqınlar bir sıra fəlakətlərə səbəb olmuşdur. Elmi-lədun hesablamalarımız göstərir ki, bu fəlakətlər (həmçinin, Azərbaycanda bu günlərdə yaşanan mövsümə xas olmayan çovgunlar) heç də təsadüfü olmayıb, Prezidentin dördüncü dəfə (18.10.18) Qurana and içib, əməl etməməsi ilə əlaqədardır. Yəni Yaradan xəbərdarlıq edir ki, Quranı sizə beş ildən bir yalandan and içmək üçün göndərməmişəm. Nə qədər gec deyil, tövbə edib yolunuza qayıdın və içdiyiniz anda əməl edərək, zülmə son qoyun, haqqı. ədaləti bərqərar edin. Əks halda ölkənizi bu cür fəlakətlərə, selə-suya qərq edərəm!

Andiçmədən söz düşmüşkən, keçən yaımızda avtobus qəzasını şərh edərkən, onun üçüncü andiçmə mərasiminə bağlandığını, həmçinin, üçüncü andiçmə ilə bağlı Azərbaycanda baş verən bir çox fəlakətlərin xronikasını və hesablamasını vermişdik (məqaləni bu linkdən oxumaq olar: https://paralel.az/az/article/310911 ).

Bu yazımızda isə, dördüncü andiçmənin ölkəyə gətirdiyi fəlakətlərdən bəhs edəcəyik:

1) Dördüncü andiçmə mərasiminin 286-cı (!) günü Mingəçevir İES-də baş verən qəza səbəbindən ölkənin yarıdan çoxu qaranlığa qərq oldu (29.06.19).
Xatırladım ki, 286 ədədi orjinal Quranın səhifələrinin sayı olmaqla, həm də Yaradanın kodlaşdırılmış möhürüdür ki, ondan gələn bütün bəlaların üzərinə vurulur. Bu bəlaların üzərindəki sirr pərdəsi məhz 286 ədədi ilə qaldırılır…

2) Dördüncü andiçmənin 858-ci günü Xırdalanda dağıntı və təlafatla nəticələnən dəhşətli (qeyri-adi) partlayış baş verdi ki, səsi Bakı və ətraf rayonlarda eşidildi (25.01.21). Burada diqqət çəkən məqam ondan ibarətdir ki, 858 ədədi Allahın kodlaşdırılmış möhürü olan 286-nın üç mislidir:

858 – 286 – 286 = 286

3) Keçən il iyunun 6-da Şəkidə baş verən sel dağıntı və təlafat törədəndə dördüncü andiçmənin 1144-cü günü idi. Hadisənin üzərindən sirr pərdəsini qaldırmaq üçün 1144 ədədindən Allahın kodlaşdırılmış möhürü olan 286 ədədini çıxaq:

1144 – 286 – 286 – 286 = 286

Düsturdan görünür ki, Şəkidə baş verən sözügedən fəlakət Qurana dövlət səviyyəsində dördüncü dəfə and içilməsinə bağlanır.

4) Nəhayət, qayıdaq yazımızın mövzusu olan sel fəlakətinə. Hansı ki, bu gün Azərbaycanı əhatə etməkdədir. Ölkəmizə bahar gəlsə də neçə gündür göyün üzü açılmır; tufan, çovğun, daşqınlar… məmləkəti cənginə alıb. Elmi-lədun hesablamalarımız göstərir ki, ölkənin bu vəziyyətə düçar olması da riyazi yolla dördüncü andiçməyə bağlanır. Maraqlıdır ki, Masallı və Cəlilabadı sel basanda həminn andiçmənin 1430-cu günü idi. Hadisənin üzərindən sirr pərdəsini qaldırmaq üçün bu ədəddən yenə də 286 ədədini çıxaq:

1430 – 286 – 286 – 286 – 286 = 286

Göründüyü kimi, hesablamalar diqqətimizi yenə də dördüncü andiçmənin üzərinə yönəldir…

Sizləri yormamaq üçün yazını çox uzatmıram (arifə bir işarə kifayət olduğu halda, burada dörd işarə verdik).
Bu yazının anonsunu verərkən feysbuk profilimdə mənə belə bir sual ünvanlandı: “Günahsız, köməksiz xalqın günahı nədir ki, onların dövlətlərini idarə edən hakimiyyət diktatordur?...”
Bilirəm, bu sual çoxlarınızı düşündürür: Qurana and içən rəhbər ona əməl etməyibsə, burada şəkilinin, cəlilabadlının, xırdalanlının nə günahı var? Niyə zalımlar deyil, “məzlum”lar ölürlər?
Məsələ burasındadır ki, sizin məzlum hesab etdiklərinizin böyük əksəriyyəti (70faizdən çoxu) zalımın yüksək məqam tutmasında, vəzifəyə yüksəlməsində bu və ya digər formada vasitəçi olub; ona rəgbət bəsləyir.

Allahdan gələn bəlaları bu qədər şərh etmişik, səbəblərini göstərmişik, zalımlara rəğbət bəsləməməyi tövsiyyə etmişik… “məzlum” dediklərinizdən neçəsi bu tövsiyyəyə məhəl qoyub, tövbə edib, düz yola qayıdıb? İnsan etdiyi günahın cəzasını bir gün çəkməli deyilmi?
Millətimiz nə vaxtsa zalıma rəğbət bəsləməyin, hansısa məqamda ona dəstək olmağın bədəlini hələlik belə ödəyir… Əgər bu daşqınlar, fəlakətlər sizi narahat edirsə, onda “məzlum” hesab etdiklərinizə deyin, tövbə edib doğru yola dönsünlər və bir daha zalıma rəğbət bəsləməyəcəklərinə, dəstək verməyəcəklərinə and içsinlər. Onda bu cür fəlakətlərdən əziyyət çəkməyəcəklər. Bəla ancaq zalımın ünvanına gələcək. Bunu ilin 114-cü gününə qədər etsələr yaxşı olar. Bildiyim qədər ondan sonra bəlanın miqyası daha böyük, zərbəsi daha güclü olacaq.
“Zülm edənlərə (rəğbət bəsləməklə, kömək göstərməklə) meyl etməyin, yoxsa sizə atəş toxunar (bəla gələr). Sizin Allahdan başqa dostunuz (himayədarınız) yoxdur. Sonra sizə kömək olunmaz!” Quran, 11:113
Rəhbərlərə də tövsiyyə edərdik ki, dörd dəfə içdikləri anda əməl etsinlər. Zülmə son qoyaraq, haqqı, ədaləti bərqərar etsinlər... Dünya sahibsiz deyil. Hansısa hegamon güclərdən deyil, Allahdan, Onun əzabından qorxmaq lazımdır. Artıq indiki şeytani dövr başa çatmaq üzrədir. Az vaxtda kamillik dövrü başlayacaq və bu dövrdə yaşamaq ancaq tövbə etmiş, günahlarını yumuş adamlara müyəssər olacaq. Qalanlar güclü bəladan məhv olacaqlar. Göydən bəla gələndə Yerdəki heç bir hegamon güc sahibi sizi bu bəladan xilas edə biləyəcək! Əksinə, özlərini qorumaq üçün sığınacaq axtaracaqlar; amma, tapmayacaqlar. Odur ki, papağınızı qarşınıza qoyub yaxşı-yaxşı düşünün...

Paşa Yaqub,
Alternativ tibb mütəxəssisi, Elmi-lədun bilicisi

Paralel.az

 
0.015973806381226