Bakıdakı avtobus qəzasının sirləri – ELMİ-LƏDUN

Bakıdakı avtobus qəzasının sirləri – ELMİ-LƏDUN
 
 
Bakıdakı avtobus qəzasının sirləri – ELMİ-LƏDUN
(Zülmün bitməsinə 114 gündən az qaldı)
“Siz günah törətməkdə həddi aşan bir qövmsiniz deyə, sizi başlı-başına buraxıb, Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?” (Quran, “Qızıl bəzəklər” surəsi, 5)
Xəbər verildiyi kimi, martın 4-də Bakı şəhərində 166 saylı marşurut avtobusu qəzaya uğramış, nəticədə ölən və yaralananlar olmuşdur. Elmi-lədun hesablamalarımıza görə bu, təsadüfü qəza olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Ölkədəki zülmə, haqsızlığa, ədalətsizliyə görə gələcək böyük bəlanın kiçik xəbərdarlığıdır. Qəzanın Quran rəmzləri (114; 286; 555) altında baş verməsi, həm astronomik xəbərdarlıqlarla, həm də enerji böhranı ilə əlaqələnməsi onun Allahdan gələn xəbərdarlıq mesajı olmasını sübut edir. Bunu aşağıdakı hesablamalardan görmək olur:
1)Bu qəza hadisəsi 26.05.21 tarixli Ay tutulmasının 280-ci günü baş verib ki, bundan da Quran rəmzi olan 114 ədədini çıxsaq, alınan ədədin (166) avtobusun üzərində həkk olunduğunu görərik və hadisənin Allah tərəfindən yolun azmış millətimizə və onu idarə edən zalım rəhbərlərə Allahdan bir xəbərdarlıq olduğuna inanarıq:
280 – 114 = 166
2) 166 saylı marşurut avtobusu qəzaya uğrayan gün 30.11.20 tarixli Ay tutulmasının 452-ci günüdür ki, bundan da Quranın kodu (Kəbədəki orjianal Quranın səhifələrin sayı) olan 286 ədədini çıxsaq, alınan əddin yenə də marşurutun üzərində həkk olunduğunu görərik:
452 – 286 = 166
3)166 saylı marşrut avtobusu qəzaya uğrayanda 26.05.21 tarixli Ay tutulmasının 286-cı günüdür ki, bu da orjinal Quranın səhifələrinin sayı olmaqla, qəzanın Allahdan bir xəbərdarlıq mesajı olduğunu bir daha sübut edir.
4)166 saylı marşurut avtobusunda baş verən qəza, riyazi yolla ölkəmizi günlərlə qaranlığa qərq edən enerji qəzasına da bağlanır. Xatırladım ki, 3 iyul 2018-ci il tarixdə Azərbaycanda bütün (!) elektrik stansiyaları eyni anda dayandığından ölkə bir həftədən çox (bölgələr on günlərlə) qaranlığa qərq oldu. Bu iki qəza arasında 1338 gün fərq vardır ki, bundan da Quranın surələrinin sayını çıxanda tövbə və cəza rəmzi alınır və tövbə etməyənlərə yaxın günlərdə gələcək bəlanı xəbər verir:
1338 – (114+114) = (555+555)
Qeyd: sözü gedən enerji qəzası baş verəndə Qurana dövlət səviyyəsində üçüncü dəfə yalandan and içilməsinin 1716-cı günü idi ki, bu da Allahın kodlaşdırılmış möhürü olan 286 ədədinin altı mislidir:
1716 – (286+286+286) = (286+286+286)
5) Yeri gəlmişkən, 166 saylı marşrut avtobusunun qəzası da andiçmə mərasiminə bağlanır. Belə ki, qəza baş verən gün üçüncü andiçmənin 3054-cü günü idi ki, bundan da Quranın rəmzini və kodunu çıxsaq, yenə də tövbə və cəza rəmzi olan 555 ədədi alınır və qəzanın Qurana əl basıb əməl etməyən zalım rəhbərlərə Allahdan bir xəbərdarlıq mesajı olduğunu sübut edir ki, Haqqa təslim olsunlar:
3054 – (114 + 114) – (286 + 286 + 286) = (555 + 555)
Qurana and içib, əməl etməmək Azərbaycana böyük fəlakətlər gətirir
Andiçmədən söz düşmüşkən, onu da qeyd etməliyik ki, dövlət səviyyəsində müqəddəs kiaba əl basıb, əməl edilməməsi Azərbaycanda bir çox qəzalara və faciələrə səbəb olmuşdur.
Məsələn, dövlət səviyyəsində üçüncü andiçmənin törətdiyi fəsadlar aşağıdakılardır:
1) Andiçmənin 114-cü günü – 10 fevral 2014-cü il tarixdə ölkəmizdə 5,5 bal gücündə zəlzələ baş verdi. Yerin 10 km dərinliyində baş verən bu zəlzələ bütün Azərbaycanı silkələdi.
2) 286-cı günü Heydər Əliyev Mərkəzində yanğın baş verdi (həmçinin, baqa elə bir hadisə baş verdi ki, o barədə rəsmi informasiya verilmədiyindən burada qeyd etmirik. Nə baş verdiyini yuxarıda əyləşənlər bilir).
3) 342-ci günü (29.09.14) Azərbaycanın Qərb bölgəsində (Gəncəbasardan Qəbələyədək) 6 bal zəlzələ baş verdi. Nəticədə yaşayış binalarında çatlar yaranmaqla, böyük bir həyəcan yaşandı:
342 – 114 – 114 = 114
4) 555-ci (!) günü Bakı-Böyükkəsik qatarı qəzaya uğradı (28.04.2015). Həmin istiqamətdə gün ərzində bütün qatarların hərəkəti dayandı.
5) 858-ci günü (23 fevral 2016) enerji kəsildiyindən Bakı-Sumqayıt qatarı yolda qaldı. Dəmir yolunda bütün qatarların hərəkəti iflic oldu:
858 – 286 – 286 = 286
6) 1716-cı günü yuxarıda qeyd etdiyimiz kimi, bir həftədən çox ölkə qaranlığa qərq oldu.
1716 - (286+286+286) = (286+286+286)
7) Nəhayət, üçüncü andiçmənin 684-cü günü (04.09.15) Şəkidə 7 bal zəlzələ baş verdi ki, bu da Quran rəmzi olan 114 ədədinin altı mislidir:
684 – (114 + 114 + 114) = (114 + 114 + 114)
669-cu günü (19 avqust 2015) zalım rəhbərlərin doğulduğu məkandan (Naxçıvandan) havaya qalxmaq istəyən “Boeng-757” təyyarəsində qəza baş verdiyindən uçuş təxirə salındı:
669 – 114 = 555
9) Üçüncü andiçmənin 286(0)-cı günü (24.08.21) Gəncəbasar bölgəsində baş verən ildırım hadisəsi orada yaşayanların yaddaşlarından heç vaxt silinməyəcək. Gəncə və ətraf ərazi bir saata yaxın sanki tamamilə ildırımın alovuna büründü. İnsanları vahiməyə salan bu hadisədən şəhərin enerji sisteminə böyük ziyan dəydiyindən, bölgə günlərlə qaranlığa qərq oldu:
286(0) – (286 + 286 + 286) = (286 + 286 + 286)
Və s
Oxucunu yormamaq üçün hesablamaları çox uzatmırıq. Bu və digər hesablamalarımız, eləcə də Elmi-lədun bilgilərimiz göstərir ki, 166 saylı marşrutda baş verən qəza ALLAHDAN zalım rəhbərlərə və onların pərəstişkarlarına növbəti (bəlkə də sonuncu) xəbərdarlıq mesajıdır. İndiyədək edilən və tərəfimizdən çatdırılan (nəşr edilən) xəbərdarlıqlara məhəl qoyulmadığı üçün bu avtobus qəzası baş verdi və insanlar həyat və sağlamlıqlarını itirdilər.
Sadladığımız faktlar onu göstərir ki, hazırda ölkəmizdə mövcud olan haqsızlıq, ədalətsizlik, ərşə dirənən zülm... Allahın qəzəbinə səbəb olmuş, bu səbəbdən zaman-zaman müxtəlif (kiçikdən böyüyə doğru) xəbərdarlıq bəlaları göndərmişdir.
Yuxarıdakı faktlar sübut edir ki, haqqın, ədalətin qarantı olanlar və bu barədə Qurana əl basanlar içdikləri anda əməl etmədiklərinə görə ölkəmizdə bu cür faciələr baş vermişdir.
Elmi-lədun hesablamalarımız göstərir ki, bundan sonra da millətimiz öz həyat tərzinə, rəhbərlərimiz isə, zülmə, haqsızlığa son qoymasalar çox qısa zamanda Azərbaycana böyük bəlalar gələcək. Bu bəlalardan ən çox ziyan çəkənlər isə, Qurana and içib əməl etməyənlər və onların tərəfdarları (komandası) olacaqdır.
Hesablamalarımız onu da göstərir ki, rəhbərlər xoşluqla haqqa təslim olmasalar, elə güclü bəla gələcək ki, haqsızlığa, zülmə səbəbkar olanlar hamısı məhv olacaq və Azərbaycanda haqq, ədalət Allahın iradəsi ilə bərqərar olacaqdır! Bildiyim qədər buna 114 gündən az qalıb (hər şeyin düzgünün Allah bilir).
Bu bəlanın qarşısın ancaq insanların tövbə edib düz yola dönməsi və rəhbərlərin zülm etməkdən çəkinməsi ala bilər.
"Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84
Paşa Yaqub – Elmi-lədun bilicisi
0.021991014480591