Övladının yaraşıqlı doğulmasını istəyən hamilə qadınlar bunları bilməlidir - ARAŞDIRMA

Övladının yaraşıqlı doğulmasını istəyən hamilə qadınlar bunları bilməlidir - ARAŞDIRMA
 

 

Eyni valideynlərdən yaranan uşaqlardan birinin yaraşıqlı, digərinin çirkin olduğunu görməyə artıq adət etmişik. Bunun səbəbləri tarix boyu cəmiyyəti düşündürsə də, doğru-düzgün elmi izahı tapılmayıb.

Son vaxtlar ünvanıma bu mövzuda çoxsaylı suallar gəldiyini nəzərə alıb, bu istiqamətdə monitorinq aparmaq qərarına gəldim. Oxucular üçün maraqlı olacağını nəzərə alıb, monitorinqin nəticələrini diqqətinizə çatdırıram.
Psixoterapevt və elmi-lədun bilicisi olaraq, bu cür fərqli görünüşə malik uşaqların anaları arasında apardığım sorğular maraqlı bir mənzərəni ortaya qoydu. Məlum oldu ki, hansı qızlar ki, sevib ailə qurublar və hamilə olarkən əsəb, stress qorxu keçirməyiblər, onların uşaqları göyçək və yaraşıqlı doğulur. Yəni, uşaq qarşılıqlı məhəbbətdən yarananda və ana sağlam olanda, doğulan uşaq yaraşıqlı və sakit olur.

Lakin, elə analar da var ki, qızlıq dövründə onların qəlbində sevgi hissi olmayıb (yaxud çox zəif olub), əsəb, stress, qorxu, depressiya keçirib; baş, onurğa və s. orqanlarında ağrılar olub; Menstruasiya dövründə güclü sancılar və analıq orqanlarında problemlər olub... Bu əlamətlərdən bir neçəsi olan qızlar ailə qurduqdan və hamilə qaldıqdan sonra, sadaladığım əlamətlər bir qayda olaraq daha da artıb. Nəticədə, doğulan uşaq digərlərinə nisbətən daha çirkin və əsəbi olub.

Elə ailələr də var ki, onlarda bir-iki övlad yaraşıqlı doğulduqdan sonra, növbəti uşaq çirkin doğulub. Test sorğularından məlum olur ki, əvvəlki uşaqlara hamilə olarkən, ananın psixoloji və sağlamlıq durumu normal olsa da, sonrakı hamiləlik vaxtı ətraf mühitdən gələn neqativ enerjilər səbəbindən, onda əsəb və gərginlik artıb. Analıq orqanlarında sancılar, daxili orqanlarda ağrılar; qorxu, ümidsizlik... yaranıb. Depressiv vəziyyətə düşdüyündən, ana çox vaxt ağlayıb... Nəhayət, həmin gərgin hamiləlikdən doğulan uşaq, əvvəlkilərə nisbətən çirkin, əsəbi, bəzi ağır hallarda isə, qüsurlu doğulub.

Bu əlamətləri olan qızlar ailə qurmağa meyilli olmurlar

İlk uşaqları nisbətən çirkin və əsəbi olan analar arasında apardığımız rəy sorğularından məlum olur ki, onlar sevərək ailə qurmayıblar. Menstruasiya dövrləri həmişə sancılı, ağrılı və yaxud gecikmələrlə baş verib. Əks cinsə həvəsləri olmayıb. Buna görə də evlilik təkliflərinə həmişə “yox” deyiblər. Nəhayət, yaşları keçdikdən sonra, belə qızlar yaxın ətraflarının təzyiqi və təkidi ilə (üzə düşərək) namizədlərdən birinə “hə” deyiblər. Ailə qurduqdan sonra isə, sıxıntıları daha da artıb. Yuxarıda sadaladığım əlamətlər və xəstəliklərlə hamiləlik keçirərək, ilk övladlarını dünyaya gətiriblər. Bu cür çətin hamiləlik nəticəsində doğulan uşaq çirkin və yaxud, əsəbi olur. Bundan sonra analarda bir qədər yüngülləşmə baş verir. Sanki, içlərindəki ağrı-acını, gərginliyi uşaqla bərabər kənara atırlar (əslində uşağa keçirirlər).

Bundan sonra rahatlanan ana, ikinci, üçüncü dəfə hamilə qalarkən, bu dövrü nisbətən rahat və ağrısız keçirirlər. Nəticədə, növbəti doğulan uşaqlar əvvəlkinə nisbətən daha yaraşıqlı və əsəbləri daha sakit, zirək olurlar.

Oxucuda sual yaranacaq ki, qızlarda və hamilə qadınlarda baş verən bütün bu depressiv hallar, həyəcan, fobya, ağrılar, sancılar nəyin nəticəsidir? Nədən yaranır?

Sualınıza cavab olaraq bildirim ki, bütün bunlar ətraf mühitdən gələn neqativ enerjilərin təsirindən yaranır. Bu enerji əsasən insanın onurğasında toplanaraq ostroxondroza, yaxud, fəqərə yırtıqlarına səbəb olur. El arasında “duzlaşma” deyilən bu ağrılar onurğada skalyoz, kipoz da yarada bilir. Onurğada toplanan neqativ enerji əsəbə, baş ağrısına, miqrenə səbəb olmaqla yanaşı, beldə və qıçlarda da güclü ağrlar yaradır.

Ətraf mühitdən orqanizmə daxil olan neqativ enerjinin ikinci ən çox toplandığı orqan cinsiyyət orqanlarıdır. Bu halda həm kişidə, həm də qadında cinsi istəksizlik yaranır. Bu cür enerjilər qızların (qadınların) ən çox analıq orqanlarında toplanmaqla, menstruasiyanı pozur və güclü sancılara, ağrılara, bəzi hallarda yumurtalıqlarda kistaların, polikistozların, miomaların... yaranmasına gətirib çıxarır. Belə qızlarda adətən cinsi istəksizlik müşahidə edilir. Son nəticədə, yuxarıda qeyd etdiyim kimi, bu cür əlamətləri olan qızlar adətən evlilik təkliflərinə “yox” cavabı verirlər. Səbəb onların qəlbindən sevgi və inam hissinin (oxu: faylının) silinməsidir. Belə ki, kompyuterlərimizə düşən virus ondakı fayl və proqramları necə silirsə, insana daxil olan neqativ enerji də qəlblərdən sevgi və inam faylını elə silir. Bu proses orqanizmin müxtəlif nahiyyələrində səbəbi bilinməyən ağrılarla müşahidə olunur. Nəticədə, belə qızlar ətrafdakıların təzyiqi Ilə ailə qursalar da, onlardan doğulan uşaqlar başqalarına nisbətən çirkin, bəzi hallarda isə, xəstə və zəif olurlar.

Sual yaranır: neqativ təsirə niyə məhz zərif cinsin nümyanəndələri məruz qalırlar?

Qeyd edək ki, neqativ enerji kişilərə də təsir edir. Lakin, qadın ruhu həssas və zərif olduğundan, onlara daha tez və güclü təsir göstərir.
Qadınların daha çox neqativə yüklənməsinin digər səbəbi onların geyimləri və gözəllikləri ilə bağlıdır. Belə ki, zərif cinsin nümayəndələri daim geyim-kecimli və baxımlı olduqlarından, bəzi insanların (hətda əks cinsin də) gözündə olan Selen maddəsinin şüasına məruz qalırlar. Bu şüa, neqativ enerji şəklində qadınların bədəninə hopa və yuxarıda sadaladığımız fəsadları törədə bilir.
Qadınların bu enerjiyə yoluxmasının digər səbəbi, cəmiyyətdə magiyanın geniş yayılması və insanların (özəlliklə də qadınların) biri-birlərinə qarşı bu qara enerjidən istifadə etməsidir ki, bu halda da yuxarıda sadaladığım fəsadlar baş verir...

Araşdırmalarımız göstərir ki, neqativ enerji insana bir çox hallarda irsən keçir. Yəni, fiziki qanunlara uyğun olaraq, enerji heç vaxt itmir; birindən digərinə keçir. Bir zamanlar valideynlərdə olan neqativ enerji, onlar öldükdən sonra, övladlarında davam etməyə başlayır (bu, hazırda ən çox yayılmış haldır). Fikir versəniz görərsiniz ki, hansı ailədə ağır xəstəlikdən, intihardan dünyasını dəyişən varsa, çox keçmir ki, həmin ailənin digər üzvü ağır xəstələnir. Bunun ilk əlamətləri qorxu, həyəcanla başlayır, getdikcə (qarşısı alınmadıqda) ağır və sağalmaz xəstəliklərə səbəb olur.

Yuxarıda qeyd etdiyim kimi, neqativ enerji uşağa həm də ana bətnində olarkən hopur və uşq böyüdükcə özünü (əsəb, immunitet zəifliyi, qorxu və s. formada) büruzə verməyə başlayır.

Bəs bütün bunlardan necə xilas olmaq olar?

Tibb elmi neqativ enerjiyə qarşı vasitə kəşf etməsə də, bizim tətbiq etdiyimiz seanslarla bu qara enerjidən və onun yaratdığı fəsadlardan (əsəbdən, sancılardan, ağrılardan, ostroxondrozdan, şişlərdən və s) xilas olmaq mümkündür. Bütün bu neqaiv əlamətlərdən xilas olan qızda məhəbbət hissi bərpa (vostonovit) olur və o sevərək ailə qurur. Hamiləlik dövründə heç bir ağrı, depressiv hal keçirmir. Beləliklə də, doğulan uşaqlar daha yaraşıqlı, əsəbləri sakit və ağıllı olurlar.

Onu da qeyd edək ki, bu müalicə metodunda heç bir dərman vasitəsindən istifadə edilmədiyinə görə, hamiləliyə heç bir əks təsir göstərmir. Odur ki, hamiləlik dövründə də bu seansları qəbul etmək mümkündür.

Dr. Paşa Yaqub
Paralel.az

0.016298055648804