Putin prezident Ərdoğana tələblərini açıqlayıb

Putin prezident Ərdoğana tələblərini açıqlayıb
 




 
Paralel.az xəbər verir ki, Rusiya prezidenti V.Putin  Türkiyə prezidenti R.T.Ərdoğana tələblərini açıqlayıb: “Prezident Ərdoğanla Putin arasında telefon danışığı olub. Ərdoğanın müşaviri İbrahim Kalın BBC-yə açıqlamasında Rusiyanın tələblərinin iki kateqoriyaya bölündüyünü deyib. O, Rusiyanın istədiyi ilk dörd tələbin Ukraynanın asanlıqla yerinə yetirə biləcəyini deyib. Kalın bunların ən böyüyünün Ukraynanın neytrallığını qoruyub NATO-ya üzv olmaması olduğunu desə də, BBC Ukrayna prezidenti Vladimir Zelenskinin bunu artıq qəbul etdiyini xatırladıb.
Birinci kateqoriyaya daxil olan digər tələblər arasında Ukraynanın tərksilah prosesi və Rusiyaya heç bir təhlükənin olmadığını göstərmək, Ukraynada rus dilinin qorunub saxlanması və bölgənin nasistlərdən təmizlənməsi daxildir.
“Bu, həm də yəhudi olan və Holokostda bir çox qohumunu itirən Zelenski üçün çox təhqiramizdir, lakin Türkiyə bunun Zelenski üçün asan olacağını düşünür”, - BBC bildirib.
Putinlə Zelenskinin təkbətək görüşündən sonra Putinin ikinci kateqoriya üzrə tələblərinin qəbul oluna biləcəyi qeyd edilib. Kalının bu mövzuda Rusiya liderinin tələblərini təfərrüatlı şəkildə izah etmədiyi vurğulansa da, qısaca olaraq Ukraynanın şərqindəki Donbas bölgəsinin statusu və Krımın statusu ilə bağlı açıqlama verib.
Kalın Rusiyadan Ukraynanın şərqindəki əraziləri Ukrayna hökumətindən geri verməsinin istəniləcəyini də nəzərdə tutub”.
Nigar

0.018276929855347