Rus əsgərlərinin evə qayıtmaq üçün istifadə etdiyi üsul

Rus əsgərlərinin evə qayıtmaq üçün istifadə etdiyi üsul
 



Paralel.az xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti gündəmə bomba kimi düşən bir iddia irəli sürüb: “Bir rus əsgəri anası ilə telefon danışığı zamanı evə qayıtmaq üçün Ukrayna güllələri ilə ayaqlarına atəş açdığını deyib.
Ukrayna Təhlükəsizlik Xidməti bəyan edib ki, Ukraynadakı rus əsgərləri evə qayıtmaq üçün özlərini ayaqlarından güllələyiblər.
İddiasını əldə edilən telefon danışıqlarına əsaslandıran xidmət, iki ordunun fərqli güllələrdən istifadə etdiyini, buna görə də rus əsgərlərinin Ukrayna sursatlarını ələ keçirməyə çalışdığını vurğulayıb.
İngilis Daily Mail-də çıxan xəbərə görə, bir rus əsgəri telefon danışığında anasına bölməsinin istifadə etdiyi Rusiya AK-74-lərində 5,62 mm-lik güllə əvəzinə Ukrayna ordusunun 7,62 gülləsini tapmaq istədiyini bildirib.
Sözügedən söhbətə görə, əsgər anasına  deyib ki,  artıq bir çox rus əsgərləri bunu edib.
Bu səbəbdən əsgərlərin Ukrayna hücumunda yaralandıqlarına komandirlərini inandırmaq üçün 7,62 güllə ilə ayaqlarından atəş açdıqları bildirilir”.
Nigar

0.024151802062988