Kadırov Ukraynaya min döyüşçü göndərdi

Kadırov Ukraynaya min döyüşçü göndərdi
 

 

Çeçenistan lideri Ramzan Kadırov yenidən 1000 çeçen döyüşçüsünü Ukraynaya göndərir.

Paralel.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata əsasən, onlara Kadırovun köməkçisi Apt Alaudinov rəhbərlik edəcək.

Kadırov sosial şəbəkədə yazıb: “Əziz qardaşım, Çeçenistan Respublikası komandanının köməkçisi Apti Alaudinov Ukraynanın milliləşdirilməsi və demilitarizasiyası əməliyyatında iştirak etmək üçün 1000 könüllünün komandiri kimi Çeçenistan Respublikasını tərk edəcək”.

Kadırovun sözlərinə görə, Alaudinov yüksək hərbi hazırlığını dəfələrlə sübut etmiş təcrübəli döyüşçüdür.

Qeyd edək ki, ötən ilin yazında Alaudinov Çeçenistan daxili işlər nazirinin müavini vəzifəsindən istefa verib və Kadırovun köməkçisi olub
Akif

0.016255140304565