Yaponiyada güclü zəlzələ baş verib, onlarla insan xəsarət alıb

Yaponiyada güclü zəlzələ baş verib, onlarla insan xəsarət alıb
 

Paralel.az xəbər verir ki, Fukusimada 7,3 bal gücündə zəlzələ baş verib.

Bu çərşənbə, martın 16-da Honsyu adasının şimal-şərq sahillərində 7,3 bal gücündə güclü zəlzələ baş verib. Milli Meteorologiya İdarəsi Yaponiyada potensial sunami təhlükəsi barədə məlumat verib.

Zəlzələnin əsas episentri Fukusima prefekturasının sahillərinə düşüb. Zəlzələnin mənbəyi okeanın dibinin təxminən 60 km dərinliyində yerləşib. Zəlzələ o qədər güclü olub ki, təkanlar hətta evlərin divarlarının yırğalandığı Tokioda da hiss olunub. Ekspertlər Fukusima və Miyaqi ərazilərində hündürlüyü 1 metr olan sunami ehtimalı ilə bağlı proqnozlar irəli sürüblər.

Hazırda Yaponiyada baş nazir Fumio Kişidanın ofisi nəzdində məlumat toplayan fövqəladə qərargah yaradılıb. Yaponiyada baş verən ilk zəlzələdən qısa müddət sonra növbəti zəlzələnin baş verə biləcəyi barədə xəbərdarlıq sistemi işə salınıb. Gözlənilənlərin əksinə olaraq ikinci zəlzələ baş verməyib.

Yaponiyanın şimal-şərqində baş verən zəlzələ nəticəsində azı 69 nəfər həlak olub. Bu barədə martın 16-da NHK telekanalı məlumat yayıb.

Güclü zəlzələ zamanı 69 nəfər xəsarət alıb. Bir ölü var.

Hazırda ciddi ziyan məlum deyil. Fukusima və Miyaqi prefekturalarında 130 minə yaxın ev işıqsız qalıb. .Tokio da daxil olmaqla şərq bölgələrində elektrik enerjisinin verilişi bərpa edilib.

Akif

0.019677877426147