ABŞ Ukraynanı HHM sistemləri ilə təmin edir

ABŞ Ukraynanı HHM sistemləri ilə təmin edir
 

Paralel.az xəbər verir ki, ABŞ və onun NATO müttəfiqləri Ukraynaya hava hücumundan müdafiə sistemləri göndərib.

Bu barədə CNN adı açıqlanmayan yüksək rütbəli ABŞ rəsmisinə istinadən xəbər verir.

.“ABŞ və onun NATO müttəfiqləri Ukraynanın müdafiəsinə kömək etmək üçün artıq bir neçə zenit-raket kompleksi göndərirlər. ABŞ-ın yüksək rütbəli rəsmisinin sözlərinə görə, bu əlavə sistemlərə Sovet dövründən qalma SA-8, SA-10, SA-12 və SA-14 mobil hava hücumundan müdafiə sistemləri daxildir.

Bu sistemlərin Ukraynanın tələb etdiyi S-300 sistemindən daha aşağı hündürlük məsafəsinə malik olduğunu, lakin onların uçuş məsafəsinin əvvəllər Ukraynaya təhvil verilmiş Stinger raketlərindən daha böyük olduğunu və onlara qanadlı raketləri vurmaq imkanı verdiyini vurğulayır.

CNN xəbər verir ki, bu yüksək rütbəli ABŞ rəsmisinin sözlərinə görə, “Sistemlər NATO-nun tərəfdaş ölkələrindən alınıb və yoldadır”.

Akif Nəsirli

0.013812065124512