İranda 6 bal gücündə zəlzələ baş verdi

İranda 6 bal gücündə zəlzələ baş verdi
 

Paralel.az xəbər verir ki, martın 17-də səhər saatlarında Hormozqan vilayətinin bəzi yerlərində 6 bal gücündə zəlzələ baş verib.
Bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.
Bildirilir ki, zəlzələ bu gün yerli vaxtla səhər saat 02:45-də Hormozqan vilayətinin Bəstək şəhərində qeydə alınıb.
Hələlik zəlzələ nəticəsində hər hansı tələfat və dağıntıların olması barədə heç bir məlumat verilmir.
Hormozqan vilayəti üzrə Böhranın İdarəedilməsi İdarəsinin rəisi Mehrdad Həsənzadə bu barədə deyib: "Vəziyyəti qiymətləndirmə qrupları dərhal əraziyə göndərilib və mümkün xəsarətlərin müəyyən edilməsi üçün araşdırma aparılır".

Akif

0.015673160552979