Rusiyanın 30 günü var
Paralel.az xəbər verir ki, sanksiyaya məruz qalan Rusiya kreditorları qarşısında xarici valyutada olan borclarını ödəmək ehtimalı ilə üzləşib: “Bu gün açılan ilk Asiya bazarlarından biri olan Tayvanda Rusiyanın kreditorları 2013-cü ildə dövriyyəyə buraxılan və dünən ödənilməli olan dollarla olan istiqrazın faiz ödənişini almağı gözləyir.
Adının çəkilməsini istəməyən və mövzu ilə bağlı məlumat verən 3 mənbə istiqraz sahiblərinin hələ ödənişlərini almadıqlarını bildirib.
Rusiya dünən 117 milyon dollar faiz ödəməli idi. Bununla belə, Rusiyanın faizləri ödəmək üçün əlavə 30 günü var.
Rusiya daha əvvəl sanksiyalara görə 117 milyon dollarlıq faiz ödənişini dollarla həyata keçirə bilməsə, ödənişi rublla həyata keçirə biləcəyini bildirmişdi. İnvestorlar isə bunun defolt demək olacağını bildirib”.
Nigar