Hulusi Akardan NATO qərargahında Ukrayna mesajı

Hulusi Akardan NATO qərargahında Ukrayna mesajı
 

Paralel.az xəbər verir ki, milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin Ukraynada qalan 2 nəqliyyat təyyarəsi ilə bağlı həm Rusiya, həm də Ukrayna ilə davam edən danışıqlardan müsbət nəticə gözlədiklərini bildirib: “Türkiyənin Ukraynadakı hadisələrlə bağlı fəaliyyətini çox ardıcıl və prinsipial şəkildə davam etdirdiyini bildirən Akar Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətlərinin olduğunu xatırladıb.
Ukrayna hadisələrinin bölgənin təhlükəsizliyində köklü dəyişikliyə səbəb olduğunu bildirən Akar “NATO olaraq çəkindirmə və müdafiəni qorumaq üçün qısa, orta və uzunmüddətli perspektivdə nə etməli olduğumuzu çox yaxşı düşünməliyik” deyib.
Türkiyənin Ukraynanın müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini ifadə edən Akar təcili olaraq atəşkəs elan edilməli olduğunu bildirib.
Prezident Ərdoğanın davamlı olaraq bu vəziyyəti ən yüksək səviyyədə dilə gətirdiyini, özünün də rus və ukraynalı həmsöhbətləri ilə danışdığını vurğulayan Akar deyib: “Humanitar vəziyyət getdikcə pisləşir, bunun qarşısını almaq lazımdır. Bunun üçün atəşkəs lazımdır deyirik. Biz bunu təklif edirik”.

Nigar

0.018584012985229