Jerar Depardye İstanbulda balıqçı gəmisində yaşayacaq

Jerar Depardye İstanbulda balıqçı gəmisində yaşayacaq
 

Paralel.az xəbər verir ki, 2013-cü ildə Rusiya vətəndaşlığını alan məşhur fransız aktyor Jerar Depardye İstanbulda yaxtaya çevrilmiş gəmidə yaşayacaq: “Depardye L'Obs Magazine jurnalına danışıb. Məşhur aktyor bildirib ki, indi öz ölkəsində daha az yaşamaq, İstanbul və Dubayda vaxt keçirmək istəyir. O, daha dinc bir həyat hüzurunu dalğalarda yelkən açaraq tapacağına ümid etdiyini bildirib. İki böyük balıqçı gəmisi aldığını dilə gətirən məşhur ulduz “Biri Dubaydadır, mən də İstanbulda ton balığı ovu üçün istifadə olunan gəmimi mənzilə çevirdim”  deyib.
Film çəkmək üçün Fransaya gedəcəyini, lakin doğulduğu ölkədə yaşamaq istəmədiyini bildirən Depardye Parisdəki üzüm bağlarını və evini də satışa çıxardığını bildirib”.

Nigar

0.032495975494385