Ukrayna: Rusiya təyyarələri mülki əhalinin gizləndiyi teatr binasını bombalayıb

Ukrayna: Rusiya təyyarələri mülki əhalinin gizləndiyi teatr binasını bombalayıb
 

Paralel.az xəbər verir ki, Ukrayna yüzlərlə dinc sakinin gizləndiyi Mariupol şəhərindəki teatr binasını Rusiya təyyarələrinin  bombaladığını açıqlayıb: “Ukraynanın Mariupol Şəhər Şurasından verilən açıqlamada Rusiya təyyarələrinin yüzlərlə dinc sakinin gizləndiyi Mariupol Dram Teatrını bombaladığı, hücumda ölənlərin sayının hələ müəyyən edilmədiyi vurğulanıb.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da öz Twitter hesabında Rusiyanın hücumunu hərbi cinayət kimi qiymətləndirib. O, teatr binasının fotolarını paylaşıb. Kuleba əlavə edib: "Mariupolda daha bir dəhşətli hərbi cinayət. Rusiyanın yüzlərlə günahsız dinc sakinin gizləndiyi Dram Teatrına kütləvi hücumu. Bina indi tamamilə dağıdılıb. Ruslar bunun mülki bunker olduğunu bilməlidirlər. Mariupolu xilas edin”.
 Həftənin əvvəlində çəkilmiş peyk fotolarında isə binanın ətrafında rus dilində “UŞAQLAR” sözü diqqəti çəkib.
Rusiya Müdafiə Nazirliyi onların mülki əhalinin yerləşdiyi teatr binasını bombalaması ilə bağlı xəbərləri təkzib edib”.

Nigar

0.019792079925537