“Science” jurnalı 2021-ci ilin ən mühüm elmi kəşflərinin siyahısını dərc edib

“Science” jurnalı 2021-ci ilin ən mühüm elmi kəşflərinin siyahısını dərc edib
 


Paralel.az xəbər verir ki, reytinqdə elm sahəsində 10 elmi kəşf yer alıb.
Yeni koronavirus infeksiyasına qarşı peyvəndlər “ilin sıçrayışı” adlandırılır.
Digər mühüm kəşf arxeoloji ərazilərin öyrənilməsi ilə bağlıdır. Mütəxəssislər mağara torpağından və milyon ildən çox yaşı olan fosil qalıqlarından nüvə DNT-sini necə çıxarmağı öyrəniblər. Tədqiqatçılar indi nəsli kəsilmiş növlər haqqında məlumatları daha ətraflı öyrənə bilərlər.
Elmi sahədə əlamətdar hadisələr arasında termonüvə sintezi sahəsində irəliləyiş əldə edilib. İlk dəfə olaraq termonüvə reaktoru onun istismarına sərf ediləndən daha çox enerji istehsal edib.
Siyahıya həmçinin CRISPR terapiyasından istifadə edərək irsi xəstəliklərin müalicəsi üsulu da daxildir. Alimlər tərəfindən hazırlanmış bu texnologiya insan orqanizmindəki genləri redaktə etməyə imkan verir.
Bundan əlavə, 2021-ci ildə alimlər Marsın strukturu haqqında bilik səviyyəsini əhəmiyyətli dərəcədə artıra biliblər.

0.019652128219604