"Rusiya hər gün tükənir və təslim olunacağı gün uzaqda deyil"

 
 
Çingiz Şahbazi:
"Rusiyada Putinin yaxın vaxtlarda devriləcəyinə, ən çox ölkənin imkanlı təbəqəsi inandı və dünyanın dörd tərəfinə köç başladı. Artıq bu düşüncə, ölkənin yuxarı təbəqələrində baş verir. Çünki artıq, bu gözlə görünə biləcək hal alır. Gələn məlumatlara görə, 400- dən çox dünyanın ən iri şirkətləri Rusiyada işıni dayandırıb. Bu səbəblə ölkədə 10 milyondan artıq insan iş yerlərini itirib. Sanksiyalardan dolayı, yerli şirkətlərin də işlərinin davam etməsi sual altındadır. Çünki, bu şirkətlərin əksəriyyəti hazır və yaxud da xam malı basqa ölkələrdən alırdı. Artıq bu iqtisadi əlaqələr öz sabitliyini itirərək, iflic duruma düşüb. Dükan və bazarlarda bir çox məhsulların qıtlığı yaşanır. Sanksiyaların bu qədər tez və sürətlə davam edəcəyini düşünənlər çox az idi. Çünki hər kəsin ağlında çox güclü və hər şeyə rəğmən hazır, yıxılmayan Rusiya fenomeni var idi. Amma, Rusiyanın şəhər və qəsəbələrində görünən mənzərə bu xəyalları suya düşürdü. Rusiya hər gün tükənir və təslim olunacağı gün uzaqda deyil."
 
 
0.012887001037598