"Rusiya desantları Odessaya eniş etməyi planlaşdırır"

 

Paralel.az xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Rusiyanın yaxın vaxtlarda Odessaya paraşütçülər endirməyi planlaşdırdığını açıqlayıb.

Rusiya ilə Ukrayna arasında fevralın 24-də başlayan müharibə 18 gündür ki, davam edir. İşğal zamanı 12 mindən çox hərbi qulluqçusunu itirən Rusiya Ukraynadakı işğalını genişləndirmək üçün itirdiyi əsgərlərini gücləndirməyə davam edir.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov mövzu ilə bağlı mətbuata açıqlamasında, "Rusiya desantları 3-4 gün əvvəl Qara dənizə enəcəkdilər. Amma hava şəraitinə görə Sevastopola qayıtmalı oldular. Lakin indi onlar oradan qayıdırlar".

Odessa və onun ətrafındəki desantçılar: "Biz Odessada nə baş verdiyini anlayırıq və nəzarətimizdədir. Onlarla görüşü gözləyirik. Eynilə Çerniqov və Kiyev vilayətlərində olduğu kimi".

Danilov bəyan edib ki, Ukrayna əsgərləri rus desantlarını qarşılamağa hazırdır.
Akif Nəsirli

0.017546892166138