"Hadisələrin arasında bir əlaqənin, koordinasiyanın olduğu ehtimalı böyükdür"
Çingiz Şahbazi:
"Rusiya, Ukraynanın Lvov şəhəri yaxınlığında yerləşən Yoravev adlı ərazidə yerləşən, NATO-nun təlim mərkəzinə tam 30 raket atıb. Eyni zamanda İran, İraq Kürdüstanının paytaxtı Ərbildə, ABŞ konsulluğuna tam 12 raket zərbələri endirib. Burda detalları müzakirə etmək istəmirəm. Amma, hər iki hadisənin əmrini eyni qərargahdan verilməsinə diqqətin cəlb olunmasını istəyirəm və hadisələrin arasında bir əlaqənin, koordinasiyanın olduğu ehtimalı böyükdür. Rusiya müdafiə nazirliyi və prezident Putin dəfələrlə bəyan edib ki, Ukraynaya dəstək verən ölkələr, onların hədəfi olacaqdır və bunu tam qanuna uyğun hesab etdiklərini də vurğulayıblar.
Bu hadisələrdən onu anlamaq olar ki, artıq Rusiya Ukraynanın Qərb bölgələrinə qarşı da hərbi əməliyyatlara start verdi. Bu da o deməkdir ki, Ukraynanın Qərb qonşuları da təhlükə altına düşür. Çünki, ölkənin qərb qapısından edilən dəstək , müharibənin coğrafiyasının genişləndirilməsi üçün, Putin Rusiyasına ciddi səbəbdir."