Qardaş ölkədə “Xocalı soyqrımı” anıldı - FOTO-VİDEO
Türkiyənin Tokat və Kütahya şəhərində Azərbaycanlı Tələbələr Təşkilatı tərəfindən "Xocalı Soyqırımının"
anım günü ilə bağlı tədbirlər keçirilib. Tədbirdə Siyasi Partiya, Təşkilat üzvləri, universitet müəllimləri və tələbələr iştirak ediblər.
Tədbirdə "Xocalı Soyqırımı" zamanı xalqımızın doğma yurdlarından məcburi köç etmələri, baş verən qətliamlar, azyaşlı uşaqlara, hamilə qadınlara və yaşlı insanlara qarşı edilən vəhşilik və zorakılıq gündəmə gətirilib.
Tədbirdə iştirak edən təşkilatlar:
1. İyi Parti şöbə təmsilçilikləri
2. Universitetdə çalışan müəllimlər
3. Bir neçə sivil toplum kuruluşları
4. Azərbaycanlı və Türk tələbələr.
Hər iki tədbir Azərbaycan və Türkiyə dövlət himnlərinin oxunması, Xocalı şəhidlərinin xatirəsinə bir dəqiqəlik sayğı duruşu, Təşkilat sədrlərinin və universitetdə çalışan Professor, Doktor heyyətinin çıxışı ilə davam edib.
Şahnaz Saleh
Paralel.az