Laçın dəhlizinə nəzarət Azərbaycanın haqqıdır və gerçəkləşməlidir!

Laçın dəhlizinə nəzarət Azərbaycanın haqqıdır və gerçəkləşməlidir!
 

 

Tapdıq Abbas: 
"Qanunsuz erməni silahlı birləşmələrinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında xeyli fəallaşması (Atəşkəsin pozulduğu günlər: 3 mart, 5 mart, 6 mart, 7 mart, 8 mart, 9 mart, 10 mart gecə, 10 mart gündüz, 11 mart gecə və səhər - red) diqqətdən qaça bilməz. Bununla Ermənistan Azərbaycanı yenidən münaqişə cəlb etmək və Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların ölkəmizə də tətbiq olunmasına çalışdığı aydın hiss olunur.
09-10 noyabr 2020-ci il tarixli atəşkəs bəyanatının, himayədarlarının vədinə arxalanaraq, Azərbaycana aid bəndlərinin 16 ay müddətində yerinə yetirilməsinə Ermənistanın imkan verməməsi, eyni zamanda Zəngəzur dəhlizinin açılmasının qəsdən yubadılması, nəhayət Azərbaycanı Naxçıvana birləşdirəcək yolun İran ərazisindən (55 km) keçməsi barədə sazişin dünən Azərbaycan və İran dövlətlərarası komisiyası arasında imzalanması tezliklə Azərbaycanın Laçın dəhlizinə nəzarəti öz haqqı olaraq nəzarətə götürməsini zərurətə çevirir..."

Paralel.az

0.023091077804565