Qəhrəmanlar və qurbanlar

Qəhrəmanlar və qurbanlar
 
 
 
QƏRB - ABŞ və Avropa Rusiyanı dağıtmaq, siyasi səhnədən uzaqlaşdırmaq istəyir, hətta Ukraynanın bahasına olursa, olsun. Bu gün bu, eynəksiz də görünür. Uzun müddət Ukraynanı qızışdırdılar, qorxma arxandayıq deyib Rusiya ilə üz-üzə qoydular. Rusiya- Ukrayna müharibəsində isə, iqtisadi sanksiyalardan uzağa getmirlər, hətta hava məkanını Rusiyanın üzünə bağlamaq istəmirlər. Ukraynanı faktiki olaraq, qurban veriblər, Rusiya ayısının qabağına atıblar, yeyib-dağıdır... Sonra Rusiyanı bütün dünyada gözdən salmaq, adamyeyən ayı kimi cəzalandırmaq istəyirlər. Artıq başlayıblar, proses gedir...
Bəli, vəziyyətin bu həddə çatmasında Ukrayna lideri Zelenskinin günahı böyükdür. O, Qərbin fitvasına getdi və Rusiyaya müharibə bəhanəsi verdi. Dövlət başçısı öz ölkəsini, millətini başı ilə qorumalıdır, vuruşmaq əsgərin işidir. Bunun isə, deyəsən, heç başı yoxdur, olsa Gürcüstan hadisələrindən nəticə çıxarardı, divara kəllə vurmazdı. Rus ayısı ilə müharibəyə gedən və geri çəkilməyən adamın başı olarmı?! Axı, arada günahsız insanlar - uşaqlar, qocalar və qadınlar qırılır, şəhərlər, kəndlər viran qalır, bütün Ukrayna dağılır, məhv olur. Bu qeyri-bərabər müharibədə Ukrayna çoxlarının dediyi kimi, QƏHRƏMAN deyil, sadəcə olaraq, QURBANdır...
Allah günahsız insanları qorusun...
Qalib ARİF
0.014398097991943