Sabiq icra başçısı Mehdi Səlimzadə prokurorluq orqanları tərəfindən dindirildi

Sabiq icra başçısı Mehdi Səlimzadə prokurorluq orqanları tərəfindən dindirildi
 
 
Məhəmmədəli Səmədov:
"Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalar davam etdirilir. Bir müddət əvvəl rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilmiş Mehdi Səlimzadə artıq iş üzrə dindirilib.
Bundan başqa, icra hakimiyyətinin bəzi vəzifəli şəxslərinin də ifadələri alınıb.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalar bir müddət əvvəl başlanılıb.
Əlavə: Bildiyiniz kimi Göyçay rayonuna təyin olunan məmurların əksəriyyəti gəldiyi zaman ilk öncə "eşşək vurub cənnətə düşüb" düşünürlər. Lakin, tədricən Göyçay camaatının çoxsaylı ictimai fəalları sayəsində həmin məmurların qanunsuz əməlləri ifşa edilməyə başlayır. Onlar Göyçayı Surət Hüseynovun quldur dəstəsi kimi talan edərkən haqq uğrunda mübarizə aparmağı çox sevən göyçaylılar buna mane olmaq üçün əlindən gələni etməkdə olurlar. Bu həmişə belə olub, bura Göyçaydır, Mehdi Səlimzadə başda olmaqla öz aqibətini düşünən heç bir məmur burada öz qanunları ilə istədiklərini edəcəklərini zənn etməsinlər!
0.019946098327637