Müharibədən, şəhiddən yazanda
əvvəlcə nədən və necə yazmağı öyrən!

Müharibədən, şəhiddən yazandaəvvəlcə nədən və necə yazmağı öyrən!
 

 Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sərkərdəlik məharəti, ordumuzun, əsgərlərimizin hünəri, sarsılmaz rəşadəti ilə biz Qarabağıqara bağrımıza dönmüş məmləkəti işğaldan azad etdik. Bununla da, nəinki qüdrətli sənətkarlarımızın, Qarabağ həsrəti ilə dünyadan köçmüş insanların ruhunu da Qarabağa qaytardıq. Həm ölkəmizin şərəf tarixinin üzərinə düşmüş ləkəni sildik, utancımızı yox etdik. Ermənilərin 30 il səngərə, silah-sursat bazasına çevirdiyi yerləri öz qalamıza, söz qalamıza çevirməyi bacardıq, düşmənin mifini dağıdıb məhv etdik.

Çox qürurvericidir dünya gördü ki, XXI əsrin qalib dövləti Azərbaycandır, əsrin qalib ordusu Azərbaycan Ordusudur, qalib əsgəridir. Yatmış şir, pələng oyananda qisası belə olurmuş!

Şuşa əməliyyatı dünya hərb tarixinin qəhrəmanlıq tarixi olmaqla, həm qeyri-adi hadisə, gerçəklikdir. Bu gerçəkliklə dünya barışır, dünya silkələnir, sabahkı dünya öyrənir...

Bu qeydləri yazının başlanğıcı üçün qələmə aldım. Çox yaxşıdır ki, cənab Prezident 2022-ci ili dövlət səviyyəsindəŞuşa İlielan edilməsi haqqında Sərəncam vermişdir. Cənab İlham Əliyev Şuşanın yenidən qurulması prosesinə şəxsən özü rəhbərlik edir bu unikal şəhərin, bölgənin dünyanın ən gözəl məkanlardan birinə çevriləcəyinə inam yaradır.

Keçək əsas məsələyə. Bir yazar olaraq mən 1941–1945-ci illər müharibəsindən, Əfqanıstanda həlak olanlardan, Birinci İkinci Qarabağ müharibələrində Vətən torpağına qurban gedən şəhidlərimizdən 6-7 kitab, çoxlu məqalə, oçerk, bir neçə sənədli povest yazıb çap etdirmişəm. Yenə yazıçı-jurnalist missiyamı daha həvəslə davam etdirirəm. “Qarabağ, çətin ki, qayıda...” – deyən bəzi inamsızlara: “Qarabağ alındı, dediyinizə görə utanırsınız?” – cavabını versəm , bu, reallıqdır.

Hərbdən, müharibədən, al qanı Vətən torpağına çilənmiş şəhidlərdən, qazilərdən yazmaq mənim maraq dairəmə daxildir. Universitetin jurnalistika fakültəsində oxuduğum illərdə bizə müdrik müəllimlərimiz necə yazmağı yalnız həqiqəti yazmağı öyrədiblər. Həm yazarın (istər şair, jurnalist ya nasir olsun) bir qədər istedadı da olmalıdır. İstedad, peşəkarlıq zəhmət olmasa, çətin məsələdir. Bir ehtiyatda olan zabit, əsgərlər babası olaraq (üç oğlum Milli Orduda xidmət edib) İkinci Qarabağ müharibəsinə, şəhidlərimizə, qazilərimizə dair yazılanları oxuyuram. Şəhidlərin dəfnetmə mərasimlərində, bulaq komplekslərinin, xatirə lövhələrinin açılışlarında göz yaşlarımı saxlaya bilməmişəm. Şəhidlər barədə kitab yazarkən bir neçə dəfə xəstələnmişəm. Mənə elə gəlir ki, buna səbəb hadisələrə fərdi yanaşma tərzim, duyumlu, emosional olmağım, faktı dəqiqləşdirdikcə sanki cəbhə yollarının xəritəsində gəzişməyim, özümü şəhidlərin valideynləri kimi hiss etməyim olub!..

Hərbi andqəzetinin hər bir nömrəsini oxuyuram. Hərbi sahədən, müharibədən, şəhidlik mövzusundan yazılanlar məni qane edir. Görünür, bu qəzetdə, dediyim kimi, əsl peşəkar jurnalistlər, hərbə bələd olanlar çalışırlar. Qəzetin 28 yanvar 2022-ci il tarixli sayında (№ 04) qələminə hörmətlə yanaşdığım Vahid MəhərrəmovunAy yazıçılar, oxucuları özünüzdən narazı salmayın...” yazısını nəzərdən keçirərkən gördüm ki, Vahid qardaşım elə mənim ürəyimdən keçənlərə toxunub.

Tanınmış jurnalist Vahid Məhərrəmov həmin məqalədə haqlı olaraq qeyd edib ki, yazılan reallığı əks etdirməlidir, oxucunu narazı salmamalıdır. Qarşındakı oxucu həssasdır, özünü qoy onun yerinə. Bəzi qəzetlərdə atanın-ananın adından yazırlar ki, “mən övladımın ölümü ilə fəxr edirəm”. Bir insafın olsun. Hansı ata, ana oğlunun ölümünü arzu edər? Bu ki absurddur!

Əgər yazılsaydı ki, Vətən, torpaq, qeyrət, namus uğrunda şəhid olub, canını Vətənin tamlığı, azadlığı, suverenliyinə fəda edib, bu başqa məsələ olardı. Qəzetlərdən biri 10-12 cümləlik məqalə çap edib, adını da qoyubŞəhid Familin dastanı” (ad şərtidir). İnsafın olsun, düşməni mələdib başına ot tökən, onu hərbi paltar geyməyə peşman edən qəhrəmanın dastanını bu kiçik primitiv yazıya necə sığışdırıb onaşəhidin dastanıdeyirsən? Əlbəttə, yaza bilsəydin, dastan olardı. Axı bu dastanın nədən ibarət olduğunu biz görmürük! Hər bir şəhidimiz dastana sığmayan bir yol keçib.

Vahid Məhərrəmov yazısında bəzi yazarların səriştəsizliyinə toxunub. Çox da haqlıdır. Müharibədən ancaq peşəkarlar yaza bilər. Məsələ hər şeydən yox, lazım olandan yazmaqdır. Çap olunmuş kitablarda, qəzet jurnallarda çoxlu səhvlərə, təhriflərə, olmayan hadisələrin təsvirinə rast gəlirik. Müharibə kolxoz deyil, istədiyini yazasan. Arayıb-axtarmaq, faktı dəqiqləşdirmək, şəhidin canlı şahidlərini dinləmək, sənədlərə baxmaq lazımdır. Görürsən naşı yazılanların hamısı bir-birinə oxşayır, biri digərinin təkrarıdır. Zəif, bəsit yazı kimə lazımdır? Yeni söz, deyim tərzi tapa bilməyən qəzet, yazar özünü hörmətdən salır, oxucuda mənfi rəy yaradır. Bu, lazımdırmı? Onsuz da, şəhidlərimizin hünəri dünyaya bəllidir. Onu elə təsvir etmək gərəkdir ki, oxuyan unutmasın.

Çox heyif ki, bəziləri şanlı Qələbəmizə, Zəfər yürüşümüzə, əsgər rəşadətinə yazılarında zəif aspektdən yanaşırlar. Onlara sözüm budur ki, yaza bilmirsənsə, yazma. Öyrənib yazmaq eyib sayılmır. Bəziləri ad çıxarmaq, diqqət cəlb eləmək, məşhur olmaq xatirinə müharibə mövzusunu seçiblər. Tez-tələsik kitab çap etdirir, təqdimatlara tələsirlər.

Bizim şəhidlər, qazilər, müzəffər Azərbaycan Ordusu 44 günlük böyük savaşda hünər göstəriblər, özlərini dünyaya təqdim ediblər. Onların təqdimata ehtiyacı yoxdur.

 P.S. Sonda bir məsələni diqqətə çatdırmaq istərdim. Yaxşı olardı ki, sayılıb-seçilən media orqanları 44 günlük Vətən müharibəsini, şəhidlərimizi, qazilərimizi, vətənpərvərliyi vəsf edən publisistik bədii əsərlər, kinossenarilər, təsviri memarlıq sənət nümunələri üçün müsabiqələr təşkil etsinlər. Ən yaxşıları qalib olsunlar.

 İdris Şükürlü

Azərbaycan Respublikasının Əməkdar jurnalist

Paralel.az

0.019570112228394