Rusiya Ukraynanı işğal
edir... dünya ayaqdadır

Rusiya Ukraynanı işğaledir... dünya ayaqdadır
 

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

 Putin Hitler faciəsini təkrar edir

 Qardaş Ukrayna xalqı hazırda ölkəsinin xeyli hissəsini itirsə də, öz azadlığı uğrunda Rusiya təcavüzkarları ilə rəşadətlə döyüşür. Rusiya insanlığa sığmayan vəhşiliklərilə Ukrayna xalqının azadlıq iradəsini sındırmağa çalışır. Lakin Ukayna ilə müharibəni "birgünlük qələbə"  proqramı üzərində quran və Hitlerin «Barbarossa» planına bənzər proqramını asanlıqla həyata keçirəcəyini düşünən Rusiyanın ağılını itirmiş prezidenti Putin bir həftədən çoxdur əvvəlcə cızdığı məşum planı hələ də geçəkləşdirə bilmir. Çünki Putin və ətrafındakı sümürgəçi və alkaşlardan ibarət komandası Ukrayna xalqının azadlıq uğrunda mübarizədə qətiyyətlə vuruşacağını, son damla qanınadək döyüşəcəyini, hətta onminlərlə can qurban verməyə hazır olduğunu dərk edə bilməmişdi.

Prezidentindən sıravi insanına qədər bütün vətəndaşları əsgər forması geyib, silahlanmış Ukrayna xalqını tez məğlub edə bilməyəcəklərini Rusiya xuntası hiss etməyib. Hazırda  ukraynalılar Avrasiyada yaşayan xalqların çox hissəsini əsrlərdən bəri istismar edən, bununla kifayətlənməyib, işğal dairəsini daha da genişləndirmək eşqinə düşən Putin irticası ilə qəhramancasına döyüşür. Ukraynalılar Rusiya tərəfindən əzilən, sümürülən, istismar olunan bütün xalqların azadlığı və istiqbalı uğrunda fədakarlıq edir, döyüşür, şəhidlər verir, lakin təslim olmur, heç vaxt olmayacaq da.

Fərəhli haldır ki, dünyanın güclü dövlətlərinin əksəriyyəti, dünyanın əzilən xalqları Rusiyanın hərbi təcavüzünə məruz qalan Ukraynanın yanında yer alıblar və onu tək qoymurlar.

Nəticə göz qabağındadır: - bütün dünya Rusiyanın mürtəce xislətli prezidenti Putinə qarşı od püskürür! Dövlətlər və xalqlar Ukraynanın Rusiya üzərində mənəvi qələbəsini təmin etmək üçün hər cür köməklik və yardımlar edirlər! Hər yerdə yalnız bir şüar səslənir: - Yaşasın qəhraman Ukrayna xalqı!..

Hər gün "Evronews" tv-də xəbərlər proqramında dünya xalqlarının Rusiya təcavüzünə qarşı təşkil olunan izdihamlı etiraz mitinqlərindən reportajlar verir və həmin reportajlarda -"Adolf Putin!"- yazılmış plakatların ekranda görünməsi təsadüfi deyil. Bu plakatlar Rusiyanın Ukraynaya təcavüzünə tam uyğun seçilib. Bu plakatlar Putinin dövrün Adolf Hitleri olduğunu tam dolğun ifadə edir! Ukayna dövlətinin və xalqının azad seçiminə - Avropaya inteqrasiya etmək istəyinə - qarşı çıxış edən irticanın başında duran Putinə bundan başqa, daha uyğun ad tapmaq çətindir. Yəqin ki, Putinin taleyi də, məhz Adolf Hitlerin taleyi kimi olar in şaAllah!!!

Ukrayna dövlətinin prezidenti Volodimir Zelenskiyə gəlincə isə, onu Rusiyanın əlində oynatdığı müasir dövrün çoxsaylı kukla prezidentlərinə bənzətmək mümkün deyil. V. Zelenski Putindən qorxmur, ondan yüksəkdə dayanır, mübarizliyilə, döyüşkənliyilə postsovet məkanında yeganə cəsur prezident olduğunu təsdiq etdi!

Hərbi cəhətdən Ukraynadan qat-qat güclü olduğunu, ölkəsinə qarşı hansı alçaq, şərəfsiz hərbi təcavüzə əl atacağını əvvəldən bilsə belə, qorxub dövlətin və xalqın mövqeyindən geri çəkilmədi, satılmadı, qaçıb gizlənmədi, əlində silah ailəsilə bərabər döyüş paltarında əsgərin yanında dayandı, Kiyev bombalansa da, payraxtı tərk etmədi, Putinin hədəsindən və hücumundan qorxub, onun çağrışına qaça-qaça getmədi, nümunəvi Ukrayna prezidenti, Ali Baş Komandan və döyüşçü kimi, hələ də dik dayanıb! Öz mərdliyi, şəxsi dəyanətilə bütün dünyanı Rusiyanın və Rusiya xalqını isə Putinin üstünə qaldırmağı bacardı, bütün dünyanı Putinə nifrət etməyə vadar etdi, mənəvi olaraq Putini tam çökdürdü və başını elə əzdi ki, Rusiya Ukraynadan hərbdə çox üstün olsa da, beynəlxalq nüfuzun tamamən itirdi, iqtisadiyyatını məhvə məhkum etdi və mənən məğlub etdi! Putini və onun ətrafındakı general çetesini dünya qarşısında rəzil və ifşa etdi!  Bütün əzilmiş xalqların, o cümlədən Azərbaycan xalqının qisasını Rusiyadan aldı və torpağının azadlığı uğrunda şəhid olmuş bütün şəhidlərin ruhunu şad etdi!

V. Zelenski vətənpərvər prezident kimi çox yaxşı nümunədir, Allah yar və yardımçısı olsun! Amin!..

Yaxşı və xoş haldır ki, xalqımız Rusiya təcavüzünə qarşı mübarizədə Ukrayna xalqı ilə bərabərdir, yanındadır, onunla bir nəfəs alır, Ukraynanın azadlığı uğrunda azərbaycanlılar da rəşadətlə döyüşürlər. Artıq xeyli azərbaycanlı mülki insanlarımız və hərbiçilərimiz Ukraynanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olublar. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Amin!

Ukraynanın Azərbaycandakı səfirliyi qarşısında hər gün davam edən izdiham və çoxsaylı yardım edənlərin əzmi xalqımızın əzilən hər bir xalqın yanında yer almasına hazır olmasını təsdiq edir və azadlıq yanğısına təşnəliyini göstərən parlaq nümunədir.

Rusiya işğalçıları ilə qəhramancasına döyüşən Ukrayna dövlətinə və xalqına uğur arzu edir və Allahdan yardım diləyirik! Amin!..

0.017568111419678