Putin özünü və bəşəriyyəti 
bataqlığa soxdu

Putin özünü və bəşəriyyəti bataqlığa soxdu
 

Bu tələ Rusiya üçün onilləirdir hazırlanırdı

 Artıq hamının Ukrayna ilə Rusiya arasında baş verənlərdən xəbəri var. Ona görə operativ məlumatları yox, bu hücumun bir sıra nüanslarını nəticələrni təhlil etməyə çalışacağıq.

Birinci məqam ondan ibarətdir ki, rus ukrayna xalqları eyni kökdəndir, bu millətlərin etnik mənşəyi, dili, mədəniyyəti dini eynidir. Buna baxmayaraq, bu iki xalqın qurduğu dövlətlər hazırda real müharibə həyatı yaşayır. Bu dəhşətdir, iki qardaş xalqın ordusu döyüşür, Rusiya silahlı qüvvələrinin mərmiləri öz soyuna tuşlanıb. Yəqin ki, orta məktəbi sovetlər dönəmində bitirən insanlar "Kiyev Rus dövləti" ifadəsi ilə tanışdırlar. Məlumdur ki, slavyanlar da iki qrupa bölünür - şərq qərb slavyanları. Şərqi slavyanlar da üç qola malikdirlər - ruslar, ukraynalılar belaruslar. Kiyev Rus dövlətinin əsası 882-ci ildə knyaz Oleq Veşiy tərəfindən Kiyev Novqorod knyazlıqlarının birləşdirməklə qurduğu ilk şərqi slavyan dövlətidir. Göründüyü kimi, Kiyev Rus dövləti həm Rusiyanın Belarusun yaranma mənbəyi olub. İndi belə çıxır ki, iki qardaş (Rusiya Belarus) üçüncü, həm böyük qardaşı məhv etmək qərarına gəlib. Doğrudan çox acınacaqlı iyrənc bir vəziyyətdir. Bu hadisə orta əsrlərdə baş versəydi, bəlkə anlamaq olardı. Amma 21-si əsrdə dövlətlərin öz vətəndaşlarının iradəsinin əleyhinə gedərək qardaş qırğını törətməsi fəlakətdir. Bəlkə , bu işdə hər iki prezidentin  - Putnlə, Zelenskinin günahı var. Amma vətəndaş mövqeyindən baxanda Zelinskiyə haqq qazandırmaq mümkündür. Çünki o, Avropaya inteqrasiya siyasətini Ukrayna xalqının iradəsi ilə reallaşdırılır. Bu işdə Zelinskinin zorakılığı yoxdur, xalq öz təhlükəsizliyini NATO-nun üzvlüyündə görürsə, prezident hansı haqla bunun əleyhinə gedə bilər? Bu Ukraynanın daxili işidir. Putin isə iki ayağını bir başmağa dirəyib ki, Ukraynanın NATO üzvlüyü Rusiyaya təhdiddir ona görə , Moskva buna yol verməyəcək! Hansı haqla, beynəlxalq hüququn hansı maddəsi ilə - bu suala nəinki Zaxarova, Peskov, heç Putinin özü cavab verə bilmir.  Buna baxmayaraq, Rusiya qoşunları, artıq Ukraynaya soxulub. Rusiyanın apardığı 5-6 günlük müharibənin nəticəsi göstərir ki, Putin rejiminin şanlı ordusu da yoxdur, ola da bilməz. Təsəvvür edin ki, dünya neftinin yarıdan çoxunu ərazisində cəmləşdirən, dünyanın yarısını neftlə təmin edən ölkənin hərbi texnikası yanacaq tapa bilmir. Dünyaya silahlarının səmərəliliyi ilə "meydan oxuyan" bir ordunun ballistik raketlərinin heç biri hədəfi vura bilmir. Ona görə son günlər rus ordusu bütün ölkə boyu əraziləri artileriya ilə bombalayır. Həmin mərmilərin hamısı böyük şəhərlərdəki yaşayış binaların düşür. Bu da Putinin müharibə cinayətlərinin rəngini daha da tündləşdirir.

 Bir neçə il əvvəl guya Həştərxan ərazisindən atılan ballistik raketlər min kilometirlərlə uzaqda olan Suriyadakı hədəfləri bir neçə metr xəta ilə vurmuşdu. Bəs indi necə olur ki, rus artileryası yüz kilometrlik məsafədən hərbi obyektləri vura bilmir, bütün mərmilər çoxmərtəbəli binalar düşür? Hər halda belə düşünmək istəməzdik ki, rus ordusu yaşayış binalarını qəsdən vurur, sadəcə olaraq bacardıqları budur, hərbi obyektləri nişanlayırlar, mərmilər isə bir neçə kilometir xəta ilə yaşayış binalarına düşür. Bəlkə qəsdən belə edirlər ki, insanların gözünü qorxutsunlar.

Daha geniş prizmadan baxanda isə Rusiyanın indi düşdüyü vəziyyət onun üçün onilliklərlə hazırlanmış tələ kimi görünür. Qərb Amerika birlikdə Rusiyaya qarşı dayanmaqdadır. Hətta, SSRİ-nin parçalanması, müstəqil respublikaların yaranmasını Rusiyanın parçalanmasının bir mərhələsi kimi xarakterizə etmək olar. İndiki mərhələdə isə Rusiya yetərincə gücü olmadığı halda, əslində Ukraynaya deyil, Qarb dövlətləri, Amerika Böyük Britaniyaya hücum edib. Ona görə Rusiyanın Ukraynada qələbə çalması mümkün olmayacaq. Ola bilsin, müəyyən müddət çərçivəsində Rusiya Ukraynanın bir hissəsini işğal etsin, amma qarşıdurma bununla dayanmayacaq, uzanacaq. Rəqibləri Rusiyanın ikibaşlı qartalının başını, məhz Ukraynada əzməyi planlaşdırıb. Bu baxımdan biz Ukrayna prezidentini müəyyən mənada qınayırıq. Qərb Amerika Rusiya ilə haqq-hesab çəkmək üçün başqa poliqon da tapa bilərdi. Yəni Zelenski istəsəydi, bəlkəm Ukraynanı Rusiya ilə qarşıdurmadan yayındıra bilərdi. Bəlkə , bu mümkün deyildi, dəqiq fikir söyləmək çətindir. Buna görə hesab edirik ki, Putin bu tələdən yayına bilərdi, lakin o, heç cəhd belə göstərmədi asanlıqla Qərbin Amerikanın tələsinə düşdü. Rusiya bu tələyə doğru hələ Luqansk Donetskdə seperatçı rejimləri formalaşdıranda, Krmı işğal edəndə irəliləyirdi. Artıq Moskva tələdədir, istənilən gediş məğlubiyyətdir. Birinci məğlubiyyəti ondan ibarətdir ki, ölən , öldürən rusdur. İkincisi, Rusiya işğalçı siyasətini dayandırıb Ukraynadan çıxsa da, onun üzərinə qoyulan sanksiyalar götürülməyəcək. Çünki o sanksiyalar, sadəcə Rusiyanı çəkindirmək üçün deyil, Rusiyanı çökdürmək üçün tətbiq edilib. Putinə qarşı dayanan dünya bu sanksiyaları tətbiq etmək üçün çoxdan fürsət axtarırdı. Bu fürsəti isə Putin onlara  çox asanlıqla verdi. Putin kürə kimi diyirlənərək ABŞ, Qərb v Böyük Britaniyanın tələsinə düşdü.

Fərqli bir rakursdan baxanda Rusiyanın düşdüyü bu tələni güc ağılın qarşıdurması kimi xarakterizə edilə bilər. Rusiya dünya əhalisinin iki faizinə malik olmasına rəğmən, dünyanın təbii sərvətlərinin 40 faizini öz ərazisində cəmləşdirib.

 Moskva buna nüvə silahına güvənərək dünyanın qarşısına çıxıb. Bu gün isə dünyada ağıl - elm texnologiya o qədər inkişaf edib ki, güc təbii sərvətlərin yaratdığı güvənc onun qarşısında acizdir. Rusiyanın Ukraynanı 72 saata işğal etmək planının puça çıxması bunun bariz nümunəsidir. Ağıl gücə qalib gəlir, hətta onu parçalayır...

 Akif Nəsirli

Paralel.az

0.023378133773804