Özünü qanmazlığa vuranlar üçün...

Özünü qanmazlığa vuranlar üçün...
 

 Anlaşılsın deyə Böyük Əmir Teymurun nəsihətinə əməl edərək bəzəksiz-düzəksiz, sadə el dilində, hətta özünü qanmazlığa vurub ayqızışdırdılar”, “artistdən ölkə rəhbəri olmaz”, “küyə getdi, xarici güclərin əlində alətə çevrildi.s bu kimi gic-gic arqumentlər üzərində özlərindən olsa təhillər aparanlar da başa düşüb nəticə çıxarsın.

Beləliklə, eyni dilin, dinin daşıyıcıları olub bir atanın belindən gələn, əsrlərlə eyni məkanda yaşayan iki qardaş. Vaxt gəlir qardaşlardan biri, digərinin ailədə hegemonluğundan, ağalığından bezib ayrılmaq istəyir bu məqsədlə atadan miras qalan geniş məhlənin bir tərəfinə çəkilib özünə binə qurur, ətrafına çəpər çəkir. Qarşılıqlı anlaşmanın, demokratik mühitin hökm sürdüyü ailənin firavan yaşaması üçün ailə başçısı yaxın-uzaq el-oba ilə yaxşı əlaqə qurur. Təbii ki, hökm etməyi öyrənmiş, üstəlik böyük ərazi təbii sərvətlərə malik olsa da ailə üzvləri dilənçi vəziyyətində olan o biri qardaşda bu qısqanclıq yaradır, çıxış yolunu qardaşın yurdunu zəbt edib, özünü əvvəlki kimi qapazaltı etməkdə görür. Əvvəlcə qardaşın dənizə çıxış yolunu bağlayır iddia edir ki, atamız 1954- ildə buranı sənə yalnış olaraq verib, bura mənimdir. Amma bununla da kifayətlənmir dalaşmaq üçün bəhanə gətirərək deyir ki, sənə gələn qonaqlar çəpərdən mən tərəfə baxmasın qorxuram, onları qoyma sizə gəlsin, ya da çəpərini bir az içəri çək ( Luqansk, Donbas) onlar mənim evimi görməsin. Qardaş etiraz edəndə isə əl atır silaha zorla həmin yerlıri ələ keçirir. Qardaş görür ki, bu sakitləşməyəcək, gec-tez onun evini ələ keçirib əvvəllər olduğu kimi üstündə ağalıq edəcək. Qorunmaq üçün dost, müdafiəçi axtarır.

Necə bilirsiniz, bu qardaş evini, ailəsini müdafiə etmək üçün özünə qoluzorlu  dost seçməkdə müstəqildir, haqlıdır, yoxsa «Qardaş»ının tələbinə boyun əyib yenidən onun qoltuğuna sığınmalıdır?

 Rövşən Kəbirli

Paralel.az

0.020838022232056