“İsgəndər” raketinin xüsusiyyətləri

“İsgəndər” raketinin xüsusiyyətləri
 

Paralel.az türk mətbuatına istinadən, “İsgəndər” raketinin xüsusiyyətləri barədə xəbər verir: “Rusiyanın Ukraynaya atdığı “İsgəndər” raketi onu günün ən çox axtarılan mövzularından birinə çevirib. Rusiya tərəfindən Ukraynanın paytaxtı Kiyevə “İsgəndər” ballistik raketinin buraxılması nəticəsində sözügedən raketin xüsusiyyətləri maraq doğurur və araşdırılır. 1987-ci ildə ABŞ və Rusiya arasında imzalanan müqaviləyə görə qadağan edilən “İsgəndər” raketi ilə maraqlananları bir araya gətirdik.
“İsgəndər” raketi Rusiya istehsalı olan qısa mənzilli ballistik raket sistemi kimi ifadə edilir. 1987-ci ildə istehsalı qadağan edilmişdi, lakin Rusiya tərəfindən Ukraynaya atıldıqdan sonra yenidən gündəmə gəldi.
“İsgəndər” raketi Rusiya istehsalı olan ballistik raket sistemidir. Qısa mənzilli atışlarda üstünlük verilən “İsgəndər” raketi ilk dəfə 2006-cı ildə istehsala buraxılıb. “İsgəndər” raketi 415-500 kilometr uçuş məsafəsinə, 6-50 kilometr uçuş hündürlüyünə malikdir və radarlara görünməzdir. “İskəndər”in bir sıra müxtəlif adi döyüş başlıqları, o cümlədən bir sıra kaset sursatları, termobarik, yüksək partlayıcı parçalanma döyüş başlıqları, bunker pirsinq və anti-radar missiyaları üçün elektromaqnit impulsları var. O, həmçinin nüvə başlığı daşımaq qabiliyyətinə malikdir”.
Nigar

0.029249906539917