Qız qalasının sirləri Quranla açılır – ARAŞDIRMA
“Allah Kainatı riyazi dillə yaratmışdır” (Qalileo Qaliley)
Bildiyimiz kimi, məşhur rəssam Salvador Dali (1904-1989) bir çox sirli rəsm əsərləri yaratmışdır ki, bu sirlər, oradakı gizli şifrələr üzərində bu gün də tədqiqatçılar baş sındırmaqdadırlar. Rəssamın belə şifrəli əsərlərindən biri də “Geopolitik uşaq yeni insanın doğumunu seyr edir” adlı rəsm əsəridir. Əsərin aşağı hissəsində yazılmış 9 rəqəmi diqqətimizi çəkdi. Aydın məsələdir ki, dünyaca məşhur bir əsərdə qeyd olunmuş rəqəm təsadüf ola bilməzdi. Elə isə, bu rəqəm insanlara hansı kodlaşdırılmış mesajı verir?
Hesablamalarımız göstərir ki, Salvador Dalinin sözü gedən əsərindəki rəqəm Bakıdakı Qız qalasına işarə verir.
Xatırladım ki, ötən yazılarımızdan birində Bakıdakı yaşı min illərlə ölçülən və astronomik məqsədlə tikilən Qız qalasının sirlərindən (kodlarından) bəhs etmişdik. Təqdim etdiyimiz hesablamalar göstərirdi ki, “9” formasında tikilən qalanın kodları 9 rəqəminə (eləcə də “Quran”ın 9-cu (TÖVBƏ) surəsinə bağlanır.
Qalada diqqət çəkən məqamlardan biri gövdə hissəsində 32 diş, çıxıntı (qol) hissəsində isə, 23 diş olmasıdır. Elə isə:
32 - 23 = 9 (!)
Onu da qeyd edim ki, Dünyadakı 11 iqlimdən doqquzu (!) Azərbaycandadır.
Burada haşiyə çıxaraq, oxucuların diqqətini “Quran”da 9 rəqəmi ilə gələn surələrə cəlb etmək istəyirik:
Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr 9 rəqəmi (Qeyd edim ki, 9 “Tövbə” surəsinin sıra nömrəsidir.) ilə gəlir və sayı 11 olan bu (9, 19, 29, 39, ......109) surələrdəki ayələri cəmləsək, 555 ədədi alınar:
129 + 98 + 69 + 75 + 18 + 24 + 52 + 46 + 30 + 8 + 6 = 555
Bu ayələr bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən, 555 ədədi “Quran”da sərtlik, cəza rəmzi sayılır.
Yenə də qayıdaq Qız qalasındakı rəqəmlərə. Maraqlıdır ki, qalanı tədqiq edən bütün tədqiqatçılar orada keçən ölçülərin hamısının 555 (!) ədədinə bağlandığını təsdiq edirlər. Məsələn:
159 + 951 = 1110 : 2 = 555
258 + 852 = 1110 : 2 = 555
357 + 753 = 1110 : 2 = 555
456 + 654 = 1110 : 2 = 555
Qalanın tikilişində diqqət çəkən digər məqam onun kərpic qatlarının 555 sıra olmasıdır.
Ona görə də tədqiqatçılar 555 ədədini Qız qalasının kodu hesab edirlər.
“And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Məryəm” surəsi, 94.
Bildiyimiz kimi “Quran”ın 9-cu surəsi yeganə surədir ki, “Bismillah”sız başlayır.
Sual yaranır: niyə bəs “Tövbə” (9) surəsi “Bismillah”sız başlayır?
Elmi-lədun araşdırmalarımızla bu suala cavab tapmağa çalışaq. Hesablamalarımız göstərir ki, 9-cu surə 22-ci (Həcc) surənin davamıdır.
Xatırladım ki, elm və peyğəmbərlik rəmzi olan XXI əsrin 2-ci (!) Qurban bayramı günü (22. 02. 2002) mənə məlum oldu ki, “Tövbə” surəsinin ilk üç ayəsindəki hökm bugünkü Qurban bayramına da şamil olunur.
Belə ki, bu ayələrdə bu gün Qurban bayramı (!) olduğu vurğulanaraq, doğru yolda olmadıqları insanların diqqətinə çatdırılır və düz yola qayıtmaq üçün onlara dörd ay möhlət verilir:
“Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz… Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” Bax: “Tövbə” (9) surəsinin ilk üç ayəsinə.
Allahın verdiyi elmlə dörd aylıq möhlətin 22-24 iyunda (bayram 3 gündür) bitəcəyini bildiyimizdən, bu barədə o vaxtkı dövlət başçısına və xalqa açıq məktub yazıb, mətbuat orqanlarına göndərdik və gözlənilən bəladan xalqı xəbərdar etdik (5 iyun 2002-ci il tarixdə həmin müraciət “Hürriyyət” qəzetində çap olundu).
Nəhayət, 22 iyunda Cənubi Azərbaycanda baş verən 9 (!) bal zəlzələ ilə bəşəriyyətin cəzalanma prosesinin başlanğıcı qoyuldu.
Ondan sonara Yerdə baş verən bütün təbii fəlakətlər və təyyarə qəzalarının bu prosesin davamı olduğunu zaman-zaman məqalələrimizdə və kitablarımızda riyazi hesablamalarla sübut etmişik.
Yəni, riyazi dildə desək, Quranda "iyirimi iki" "doqquza" çevrilir.
Yeri gəlmişkən, diqqətinizi başqa bir məqama da cəlb etmək istəyirik. Bu hikmət insanın anatomik quruluşunda da özünü büruzə verir. Belə ki, insan anatomiyası 22(0) sümüyün birləşməsindən yaranmışdır ki, (Sıfır məna bildirmədiyindən mötərizəyə aldıq.) bunlardan 22-si başdadır.
Maraqlıdır ki, “Quran”ın 22-ci (!) surəsi “Həcc” surəsidir və burada Allahın evi, başqa sözlə desək enerjinin BAŞlanğıcı, mərkəzi olan Kəbə evinin ətrafına fırlanmaqdan söhbət açılır. Bunlar təsadüfü deyildir.
22-nin 9-a çevrilməsi tək “Quran” və anatomiya elmlərində deyil, fizika elmində də özünü büruzə verir. Belə ki, diqqətinizi cihazların daxilində qoyulmuş transformatorun funksiyasına cəlb etmək istəyirik. Bu transformatorlar 22(0) voltluq enerjini bir qayda olaraq 9-a çevirərək istifadə edirlər.
Buradan belə qənaət hasil olur ki, insan öz enerjisini əməli işə çevirərkən, onu vicdanının (oxu: daxili transformatorunun) süzgəcindən keçirməlidir. Yəni, TÖVBƏ surəsinin sərhədləri daxilində əməllər etməlidir: öz enerjisini günah işlərə sərf etməməlidir.
Əgər insan fizikanın (Allah kainatı fizikanın qanunları ilə idarə edir) qanunlarına tabe olmayıb, enerjisini günah işə sərf edərsə, onda mütləq gec-tez bəlaya məruz qalacaqdır. Son dövrlərdə cəmiyyətdə həyacanlı hadisələrin (qəzaların, zəlzələlərin...) artması da məhz bu amillə əlaqədardır.
Yerdə ilk svilizasiya Azərbaycandan başladığı üçün, burada Qız qalası kimi nadir memarlıq abidəsi tikilmişdir. Araşdırmalarımız göstərir ki, bu qala teleskop funksiyasını yerinə yetirmişdir.
Azərbaycan hazırda Dünyanın Mənəviyyat Mərkəzi olduğu üçün, belə sirlər də burada açılır.
(Ardı var)
Paşa Yaqub,
Həkim, elmi-lədun bilicisi
Paralel.az