Böyük Britaniyadan bəyanat

Böyük Britaniyadan bəyanat
 

Paralel.az xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Vladimir Putinin nüvə silahından istifadə etmək istədiyini düşünmədiyini söyləyib: “Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bəyan edib ki, Vladimir Putinin Ukraynada nüvə silahından istifadə edəcəyini gözləmir.  “O, Ukrayna ilə bağlı nə qədər iddialı olsa da, mən düşünmürəm ki, bu sahəyə (nüvə silahından istifadə) daxil olmaq istəyir”.
SSRİ ilk dəfə 1949-cu ildə nüvə silahını sınaqdan keçirərək, ABŞ-dan sonra dünyada nüvə silahına malik ikinci ölkə oldu.
Bu iki ölkə arasındakı yarışa görə 1980-ci illərdə SSRİ-də nüvə silahlarının sayı 40 mini ötmüşdü. SSRİ-nin dağılması və Vaşinqtonla Moskva arasında imzalanan Strateji Silahların Azaldılması Sazişləri sayəsində bu rəqəmin sürətlə azalmasına baxmayaraq, Rusiya hələ də dünyada ən çox nüvə silahına malik ölkədir.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) ötən il açıqladığı məlumatlara görə, Rusiya 6255 nüvə başlığı ilə dünyada birinci yerdədir.
2020-ci illə müqayisədə ötən il Rusiya administrasiyasına məxsus nüvə silahlarının sayı 120 ədəd azalıb.
Rusiyada yerləşdirilmiş 1800 nüvə başlığı var.
Digər tərəfdən, Rusiyanı 5550 nüvə silahı ilə ABŞ izləyir və bu iki ölkə hələ də dünya nüvə silahlarının 90 faizindən çoxuna sahibdir.
ABŞ-dan başqa Qərb Blokunda olan Fransanın 290 nüvə başlığı, Böyük Britaniyanın isə 225 nüvə başlığı var.
Rusiya səsdən sürətli raket sistemində çox fəaldır. Sovet dövründən ruslar qitələrarası uçuşa qadir olan səsdən sürətli raketlər, eləcə də qısa və orta mənzilli səsdən sürətli raketlər hazırlayırlar.
Rusiya P-800 və Onyx kimi bir çox növ və sayda səsdən sürətli raketlər istehsal etdiyi halda, nüvə enerjisi ilə işləyə bilən və nüvə başlığı daşıyan qitələrarası qanadlı raket 9M730 Burevestnik rusların ən strateji silahlarından biri hesab olunur.
Rusiyanın dənizdən və qurudan buraxıla bilən və təxminən 1000 kilometr mənzilə çata bilən “Tsirkon” raketi 4,5 Mach ilə 6 Mach arasında yüksək səsdən və hipersəs sürətinə çatmağı hədəfləyir.
Rusiyanın Hindistanla birgə hazırladığı səsdən sürətli BrahMos I raketi öz sahəsində ən yaxşılardan biri olaraq görülür.
Səs sürətindən 3 dəfə (Mach 3) sürətləndirə bilən və 290 kilometr məsafə qət edə bilən BrahMos I Rusiyanın Oniks raketinin adaptasiyasıdır. 300 kiloqrama qədər adi döyüş başlığı daşıyan BrahMos I havadan, sualtı qayıqdan və ya gəmidən buraxıla bilər”.
Nigar

0.019683837890625