Tapdıq Abbas yazır...

Tapdıq Abbas yazır...
 

Rusiya Ukraynaya hücum edir, Azərbaycan rəsmiləri isə susur, elə bilirlər ki, Rusiya qalib gələcək, (Rusya bu müharibədə Kiyevi işğal etsə belə, artıq çox böyük hesabla uduzub) sonra ermənilərin əlilə Azərbaycanda işğal fırtınası əsdirməyəcək!..
Əsdirəcək, hazırlaşır, özü də necə, daş üstündə daş, bədən üstə baş qoymamaq üçün hazırlaşır! Amma arzusuna çatmayacaq! Dünya ilə savaşa girib, bu davadan salamat çıxamaq müşküldür. Rusiya müqaviləyə zorla imza atdırsa da, o imzanın gücü yoxdur, onsuz da xalqın bu saxta müttəfiqliyə mənfi münasibəti bütün dünyays məlumdur.
Xalq onu da yaxşı bilir ki, Rusiya Azərbaycanla müttəfiqlik müqaviləsi bağlamaqla indiyədək etdiyi düşmənçiliyin üstünə saxta müttəfiqlik pərdəsi çəkməyə çalışır. Belə aldadıcı müqavilələr tarixdə çox olub. Hitler Almaniyası 23 avqust 1939-cu ildə Molotov-Ribbentrop paktı və ya Almaniya və Sovet Sosialist Respublikaları İttifaqı arasında hücum etməmə müqaviləsi imzalamışdı, amma Hitler Avropanı işğal etdikdən sonra 22 iyun 1941-ci ildə SSRİ-yə hücum etdi və məğlub oldu. Azərbaycan da saxta müttəfiqlik sazişinə bel bağlayıb, 3 əsrdir Azərbaycana düşmən kəsilmiş Rusiyaya etibar etməməlidir!
Rusiya ilə müttəfiqlik müqaviləsinin xalqımız və dövlətimiz üçün ziyanı böyükdür və saymaqla bitməz, yeganə faydası isə, qorxudan gözü tutulmuş, başını itirmiş və qudurub yanvarda Qazaxıstana, indi Ukraynaya təcavüz edən Rusiyanın qanlı caynağından müvəqqəti də olsa, Azərbaycanı qorumaqdır!..

0.014930009841919