Çempionlar Liqasının finalı Rusiyadan alınaraq Fransaya verilib
UEFA Çempionlar Liqasının 2021/22 mövsümünün finalı Rusiyanın Sankt-Peterburq şəhərindən alınıb.
Paralel.az “Taymz”a istinadən xəbər verir ki, 28 mayda keçirilməli olan final görüşünə ev sahibliyi Fransanın paytaxtı Parisə verilib.
Qeyd edək ki, dəyişikliyə səbəb Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxiləsi ilə bağlıdır. Bu barədə bu gün UEFA təcili iclas keçirərək qərar qəbul edib.