Rusiya qüvvələri Ukrayna torpaqlarında irəliləyir

Rusiya qüvvələri Ukrayna torpaqlarında irəliləyir
 

Paralel.az xəbər verir ki, Rusiya qüvvələri Ukrayna torpaqlarında addım-addım irəlilədikcə, ölkə boyu bomba səsləri artmaqda davam edir.
25 Fevral Cümə günü bölgədə baş verən son hadisələr və açıqlamalar...
Ukrayna prezidenti V.Zelenskidən Rusiyaya dialoq çağırışı gəlib. “Biz Rusiyanı yenidən danışıqlar masası arxasına oturtmalıyıq”.
Kiyevdə yenidən hava hücumu xəbərdarlığı edilib, hər kəsdən ən yaxın sığınacağa getmələri istənilib.
Ukrayna qüvvələri Çerniqov yaxınlığında rus əsgərlərini sıxışdırmağa müvəffəq olub.
Ukrayna müdafiə nazirinin müavini: “Rusiya ordusu bu gün yalnız Kiyevin periferik ərazilərinə daxil ola bilər”.
Ukrayna Daxili İşlər Nazirliyi: “Sumidə küçə toqquşmaları baş verir. Konotop mühasirəyə alınıb”.
Ukrayna hökumətinin müşaviri bildirib ki, Rusiyanın planı Kiyevə tanklarla daxil olmaqdır. Bundan əlavə, “Bu gün ən çətin gün olacaq” ifadələri işlədilib.
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın hücumları ilə bağlı yeni bəyanatında deyib: “Rusiya hərbi və mülki hədəfləri vurur”.
 Ukraynanın qərbindəki Lvovda da sirenalar səslənir.
Yaponiya Ukraynaya hərbi müdaxiləsindən sonra Rusiyaya qarşı sanksiyaları genişləndirib.
Ukrayna Mərkəzi Bankı Rusiya və Belarus rublu ilə əməliyyatları qadağan edib. Banklara Rusiya, Belarusiya ərazisində yerləşən qurumlara ödənişlər etmək də qadağandır
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba verdiyi açıqlamada bildirib: “Dəhşətli rus raketi Kiyevə hücum etdi. Paytaxtımız sonuncu dəfə 1941-ci ildə faşist Almaniyası tərəfindən hücuma məruz qalmışdı. Ukrayna o şərliyə qalib gəldi və onu məğlub edəcək. Putini dayandırın. Rusiyanı təcrid edin”.
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko paytaxt Kiyevdə Rusiya hərbçilərinin əməliyyatı zamanı düşən raketlər nəticəsində bəzi yaşayış evlərinin zərər gördüyünü, 3 mülki vətəndaşın isə yaralandığını bildirib.
Kiyevdəki yaşayış evlərinə raketlər düşüb.
Ukrayna müdafiə nazirinin müavini Hanna Malyar Rusiyaya məxsus 7 təyyarə, 6 helikopter, 30-dan çox tank və 800-dən çox əsgərin həlak olduğunu açıqlayıb.
Ukraynanın Ankaradakı səfirliyi  “Rusiya Kiyevi döyüş təyyarələri ilə bombalamaq istəyirdi. İndi bütün təyyarələr məhv edilib” deyib.
Odessada hava hücumu xəbərdarlığı edilib. Sirenlər səslənir
Kiyevdə yerli vaxtla saat 04:20-dən sonra təkrar partlayışlar olub”.
Nigar

0.02131199836731