3-cü Dünya Müharibəsi?

3-cü Dünya Müharibəsi?
 

Paralel.az xəbər verir ki, türk mətbuatında 3-cü dünya müharibəsinin başlayacağı narahatlığı gündəmə gətirilib. “Hürriyət”ə danışan ekspertlər öz fikirlərini bildiriblər: “Hikmət Çətin (Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri və keçmiş xarici işlər naziri): “İndiki mərhələdə heç kimin belə çılğınlıq edəcəyini düşünmürəm. Çünki belə çılğınlığın heç kimə xeyri yoxdur. NATO-nun şərqə doğru genişlənmə siyasətinin uzun müddət gündəmdə olacağını düşünmürəm. Ola bilsin ki, Balkanlar üçün daha bir addım gələ bilər”.
Şükrü Sina Gürel (Keçmiş Xarici İşlər Naziri): “Mən bu prosesin 3-cü Dünya Müharibəsinə çevriləcəyini düşünmürəm. Dünya müharibəsi yalnız ixtiyarlarında olan nüvə silahından istifadə etməyə cəsarət etsələr, başlayar, məncə, mümkün deyil. NATO-nun genişlənmə siyasəti bu mərhələdə dayanacaq. Düşünmürəm ki, hətta Finlandiya və İsveç də NATO-ya qoşulmağa həvəs göstərəcək”.
Erdoğan Karakuş (Təqaüddə olan Hava General-leytenantı): “3-cü Dünya Müharibəsi başlamayacaq. Rusiyanın məqsədi Donbas bölgəsini tamamilə ələ keçirməkdir. Rusiyanın bu hərəkətindən sonra 'NATO-nun genişlənməsinin nə qədər həyati əhəmiyyət daşıdığı ortadadır. Bu səbəbdən biz genişlənməni dayandırmamalıyıq, əksinə, Rusiyanın təcavüzkar siyasətinin qarşısını almaq üçün NATO-nu genişləndirməliyik”.
Erol Başaran (Terrorizm və Radikallaşma ilə Mübarizə Araşdırma Mərkəzinin rəhbəri): “Nüvə silahları geri çəkilməyincə III Dünya Müharibəsi başlamayacaq. Heç kim belə bir şeyə cəhd edə bilməz. Rusiyanın əsas məqsədi onun NATO tərəfindən mühasirəyə alınmasının qarşısını almaq idi, ona görə də müdaxilə etdi. Təbii ki, NATO-nun genişlənmə strategiyası zərər görəcək. NATO genişlənməyə cəhd etsə belə, təklif edəcəyi ölkələr Rusiyanın bu addımından sonra geri çəkiləcək”.
Nigar

0.014929056167603