Səhiyyə Nazirliyində qalmaqal: Elşad Hacıyev büdcəni talayır???
Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdriyyətinin direktoru Elşad Hacıyevdən narazılıq yaranıb.
İddia edilir ki, E.Hacıyev bu vəzifəyə təyin olunandan sonra idarənin qara günləri başlayıb. Narazılıq edənlər təkcə özlərinə qarşı olan haqsızlıqlardan deyil, həm də dövlət büdcəsinin talanmasından, xəstəxanaların təmiri və tikintisi üçün ayrılan pulların göyə sovrulmasından narahatdırlar.
Paralel.az xəbər verir ki, Elşad İbrahim oğlu Hacıyev 17.11.2021-ci il tarixdə nazirliyin Tikilməkdə olan Müəssisələrin Müdriyyətinin direktoru vəzifəsinə təyin edilib. Bu təyinatdan sonra qurumda vəziyyət pisliyə doğru kəskin şəkildə dəyişib.
Direktorun başı işçiləri qorxu altında saxlamağa qarışıb, 3 layihə yerinə yetirilmədən qalıb
İddia olunur ki, E.Hacıyev müəssisəyə ayaq basan gündən bütün işçiləri qorxu altında saxlamağa çalışıb: “Hacıyev il ərzində tikinti işləri ilə deyil, ancaq bizi qorxutmaqla məşğul oldu, insanlar arasında münaqişə yaratmağa çalışdı. Sonradan biz başa düşdük ki, bu adam ixtisaslı tikinti işçisi deyil və heç vaxt tikinti işçisi kimi də işləməyib. Yalnız maxinasiyalar qurmaqla başını dolandırıb”.
E.Hacıyev işə başlayanda tez-tələsik idarənin giriş qapısına video kamera qoydurub: “Kameraların quraşdırılması üçün tələb olunan vəsait əslində 15.000 (on beş min) manat civarındadır. Amma Hacıyev 60.000 (altmış min) manatdan cox vəsait ayırdı və həmin vəsaiti müqavilə ilə öznə yaxın olan firmaya ödətdirdi. Bundan sonra müəssisənin 3 nəfər cavan sürücüsü və 6 nəfər təcrübəli işçisini işdən azad etdi. Həmin işçilər Hacıyevlə görüşüb dərdlərini demək istəyəndə (o Səhiyyə Nazirliyinin binasında oturur) onları qapıdan içəri buraxmadı. Sifarş etmişdi ki, sözlərini təzə işə götürülən baş mühasibə desinlər”.
Hacıyev narazılıqları özündən ötürüb, “yuxarılara” doğru yönəldir
Şikayətçilər iddia edirlər ki, yeni baş mühasib ixtisasca hüquqşünasdır: “Baş mühasib bizi qəbul edəndə dedi ki, Elşad müəllimlik bir iş yoxdur, tapşırıq “yuxarıdan” belədir”: “Sanki, “yuxarıları” gözdən salmaq üçün öhdəlik götürüb. Bütün problemləri “yuxarılar”ın adına yazır”.
2021-ci ilin sonuna qədər E.Hacıyev iş görmək əvəzinə işçiləri işdən azad etməklə məşğul olub. Ona görə də ilin sonunda təhvil veriləsi 3 obyektə Prezidentin sərəncamı ilə ayrılan tibb avadanlıqları üçün 13.000000 (on üç milyon) manat vəsaitin tenderi 4 ay uzanıb və sonda ləğv olunub.
Şikayətçilər iddia edirlər ki, Hacıyev fürsət tapıb öz adamlarını tenderdə iştirak etdirə bilməyəndə, ümumikdə tenderi ləğv etdirir. Ona görə də ayrılan 13.000000 (on üç milyon) manat büdcə vəsait istifadəsiz qalıb.
6 yüz min manatlıq iş 3 gündə necə görülüb?
Şikayətçilərin sözlərinə görə, Prezidentin sərəncamı ilə ayrılmış 600000 (altı yüz min) manat vəsait Hematologiya İnstitutunun təmiri üçün təkliflər sorğusu ilə həyata keçib: “O, özünün şəxsi maraqlarını həyata keçirmək üçün səhiyyə sahəsində heç bir təmir-tikinti təcrübəsi olmayan firmaya həmin vəsaiti həvalə etdi. Onu həyata keçirmək üçün 3 müəssisə tapıb təkliflər sorğusu göndərdi. Halbuki, onların sənədləri qaydasında deyildi. İşçilər sənədlərdəki uyğunsuzluqları tapıb üzə çıxaranda Hacıyev işçilərə hədə-qorxu gəldi. Bildirdi ki, hər nə olursa olsun, tenderi bu 3 təşkilat udacaq, çünki onları gələcəkdə görüləcək başqa işlər üçün hazırlayıram”.
Tender sənədlərini 28 dekabr 2021-ci il tarixdə Tender Komissiyası, İqtisadi İnkişaf və Maliyyə nazirliklərinin nümayəndələri imzalayıb. 29 dekabr 2021-ci ildə satınalmalar tərəfindən tenderin qalibi “S.M. Construction Supplies” olub. 30 dekabr 2021-ci il səhər tezdən Elşad Hacıyev və qalib firmanın direktoru arasında müqavilə bağlanıb və saxta Forma-2 ilə həmin vəsait Maliyyə Nazirliyinin Xəzinəsi tərəfindən ödənilib.
Elə həmin gün (30 dekabr 2021-ci ildə) müqavilə üzrə Maliyyə Nazirliyinə “işə başlanması və qurtarması”na dair Akt vermək lazım olur. Həmin Aktı E.Hacıyev baş mühəndisə göndərir, lakin baş mühəndis qeyri-qanuni olduğu üçün Aktı imzalamaqdan imtina edir. Sonra onu işdən qovmaq istədiyi Nəriman adlı texniki nəzarətçiyə göndərir, o, da imzalamır. Əlacı kəsilən direktor həmin sənədi müəssisəyə rəis gələndən sonra işə götürdüyü adi bir işçiyə imzalatdırır. Beləliklə, Hemotologiya İnstitutuna ayrılan 600000 (altı yüz min) manat vəsaiti ilinin sonuncu günü həmin qalib gələn “S.M. Construction Supplies” müəssisəsinə ödənilir.
Həmin müəssisə bu işləri necə yerinə yetirir, həmin məbləğin 18% ƏDV-i müəssisədən silinir. Sonra mənfəət yaranır, həmin mənfəət və bəzi vergilər podratçının hesabından silinir. Proses yenidən başlamalıdır. 600000 (altı yüz min) manat vəsaitdən heç 300000 (üç yüz min) manat qalmır. Yeni ildən mal-materialı əgər ƏDV yoxdursa, müəssisə necə alır?
Şikayətçilər iddia edir ki, heç bir podratçı bu işi bu formada yerinə yetirə bilməz, deməli, burada qiymətlər şişirdilib. Bu vəsait Maliyyə Nazirliyinin idarələrindən keçəndə niyə sual yaranmayıb, qurum hara baxır? İndiyə qədər vəsaiti alınmış işlərdən heç 10% iş görülməyib. Deməli, Maliyyə Nazirliyinin Xəzinə İdarəsi buna şərait yaradıb.
Şikayətçilər iddia edir ki, xəstəxanaların cari təmiri üçün ayrılan 600000 (altı yüz min) manat vəsaiti E.Hacıyev öz tanıdığı müəssisələrə qanunsuz olaraq 50000 (əlli min) manat bölüşdürülməklə heç bir iş görülmədən ödənilib.
Şikayətlər nazirliyə qədər gedib çıxır, amma…
Şikayətçilər iddia edir ki, Elşad Hacıyev günlərin birində işçiləri bir yerə toplayıb deyir: “Davam edir 1937-ci il...”. Deməli, bu adamın heç nədən qorxusu yoxdur.
Direktor təcrübəli işçiləri işdən azad etdikdən sonra idarəyə 14 nəfər yeni işçi qəbul edib.
İddiaya görə, onların heç biri tikinti sahəsində işləməyib, yəqin ki, onların heç diplomları da yoxdur.
Ancaq işdən çıxardığı bu işçilərin bu sahədə ən azı 15 ildən 30 ilə qədər təcrübəsi olub. İşçilərin narazılıqlarını görən direktor bir az əvvəl işdən çıxardığı Nəriman adlı texniki nəzarətçini yenidən 3 aylıq müqavilə ilə işə qəbul edib.
“Bizi işdən azad edəndə yığılıb getdik Səhiyyə Nazirliyinə ki, nazir vəzifəsini müvəqqəti icra edən (hələ o zaman) Teymur müəllimlǝ görüşək. O da bizi nazirin müşaviri Tural müəllimin yanına göndərdi. Sonradan öyrəndik ki, Tural müəllimi də nazirliyə elə Elşad müəllim gətirib, yəni onun kadrıdır. Tural müəllim bizə dedi ki, nazirin vaxtı yoxdur, telefon nömrələrinizi saxlayın, sizinlə əlaqə yaradacağıq. Sonradan bizi çağıran olmadı, biz özümüz nazirliyə gedəndə isə içəri buraxmadılar və polislər dedi ki, Elşad müəllim tapşırıb, sizi içəri buraxmayaq. Cünki polislər bizi tanıyırdı. Onsuz da biz Elşad müəllimi məhkəməyə verib işimizə bərpa olunacağıq” - deyən işçilər bildirir ki, o, müəsisədə öz savadsız idarəçiliyini qurmaq istəyir.
Şikaytçilər onu da bildirir ki, işə bərpa olunana və dağıdılımış dövlət vəsaitinin bərpası üçün sona qədər mübarizə aparacaqlar.
Mövzu üzrə aydınlıq yaratmaq, faktları dəqiqləşdirmək üçün XəzərNews.az əməkdaşı Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Təəssüf ki, 3 gün keçməsinə baxmayaraq nazirliyin elektron poçt ünvanına göndərilən suallara cavab verən olmayıb.
(Mənbə: Faktinfo.az)