Zelenski ruslara düşmənçilikdən əl çəkmək təklifi ilə müraciət edib

Zelenski ruslara düşmənçilikdən əl çəkmək təklifi ilə müraciət edib
 

Paralel az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski fevralın 24-də ruslara müraciət edərək ruslarla ukraynalılar arasındakı fikir ayrılıqlarının - “düşmən olmaq üçün heç bir səbəb olmadığını” deyib.

Videomüraciət onun Telegram kanalında yayımlanıb.

Zelenskinin sözlərinə görə, Ukrayna ruslar üçün təhlükə yaratmır və yaratmayacaq.

“Sizə deyirlər ki, Ukrayna Rusiya üçün təhlükə yarada bilər. Keçmişdə belə olmayıb, indi də yoxdur və gələcəkdə də olmayacaq. Siz NATO-dan təhlükəsizlik zəmanəti tələb edirsiniz və biz təhlükəsizliyimizə təminat tələb edirik - sizdən - Rusiyadan və Budapeşt Memorandumunun digər təminatçılarından”, - deyə Zelenski izah edib.

O, həmçinin Rusiya ilə ölkənin təhlükəsizliyi ilə bağlı müxtəlif formatlarda və istənilən platformada söhbət etməyə hazır olduğunu bildirib.

“Ukraynanın təhlükəsizliyi qonşularımızın təhlükəsizliyi ilə bağlıdır. Bu gün biz bütün Avropanın təhlükəsizliyindən danışmalıyıq. Amma bizim əsas məqsədimiz Ukraynada sülh və vətəndaşlarımızın təhlükəsizliyidir. Bunun üçün biz hamı ilə, o cümlədən sizinlə (Rusiya ilə – red.) istənilən formatda, istənilən platformada danışmağa hazırıq”, - deyə Ukrayna prezidenti bildirib.

Ukrayna liderinin sözlərinə görə, Kiyevə müharibə lazım deyil - “nə soyuq, nə isti, nə hibrid”.

Eyni zamanda, Ukrayna prezidenti Zelenskinin ofisi Mariupolun təhlükəsizliyini gücləndirmək planlarını açıqlayıb. Bundan əlavə, Kiyev yaxın vaxtlarda bütün ölkə üzrə ərazi müdafiəsi üzrə ehtiyatda olan hərbçilərin toplantısını təşkil etmək niyyətində olduğunu bildirdi. İlk məşqlərin Mariupol, Severodonetsk və Kramatorskda keçirilməsi gözlənilir.
Akif

0.015995025634766