“Putinin çıxışında "Ukrayna və Donetsk"i
“Azərbaycan və Qarabağ"la dəyişsək...”

“Putinin çıxışında
 

Separatçı işğalçıların belə çıxışlarını qətiyyən qulaqardına vurmaq olmaz...”

 Bu gedişlə Donbasda olduğu

kimi, Qarabağda da on minlərlə

Rusiya vətəndaşı peyda ola bilər...”

 İşğal dövründə həssas siyasi analitik yazarlardan savayı kim ağlına gətirərdi ki, vaxtsa Rusiyasülhməramlıadı altında öz ordusunu respublikamızın ərazisinə yeridəcək...”

Rusiya prezidenti V.Putinin Ukraynanın suverenliyini birbaşa pozaraq bu dövlətin hüquqi ərazisindəki qondarma  DXRLXR”-i tanıması Xankəndi İrəvandakı revanşist, işğalçı, separatçı terrorçu xislətli ermənilərin canına yağ kimi yayılıb. Onlar tezliklə Kreml tərəfindən Qarabağdakı separatçı-terrorçu rejim barədə belə bir addımın atılacağına ümidləniblər. Artıq Araik faktiki ağası Putinin bu addımını alqışlayıb...

Putin Artsaxın müstəqilliyini niyə tanımalı olduğunu ən yaxşı şəkildə izah edib”.

Moderator.az xəbər verir ki, erməni mediasında yayılmış məlumata görə, bu cümləni  Azərbaycan Respublikasının Qarabağ torpağındakı separatçı-terrorçu rejimin qanunsuz "qanunverici orqanı"nın  "Ədalət" fraksiyasının "deputat"ı David Qalstyan öz "Facebook" səhifəsində yazıb.

Putin Artsaxın müstəqilliyini niyə tanımalı olduğunu ən yaxşı şəkildə izah edib. Onun son çıxışında "Ukrayna Donetsk" sözlərini Azərbaycan "Artsax" sözləri ilə əvəz etsək, hər şeyin üst-üstə düşdüyünü görərik. Ona görə düşünürəm ki, bu, bizim üçün yeni bir şansdır. Biz belə bir qanun layihəsinin təşəbbüskarı olmalıyıq. Təəssüf ki, indiki həlledici anda Ermənistan Qarabağ hakimiyyəti ən zəif vəziyyətdədir, ona görə belə bir layihənin dərhal həyata keçirilməsini təmin etmək üçün hər şeyi etmək lazımdır” –deyə üzdəniraqdeputatbildirib.

Zəruri şərh: Separatçı işğalçıların belə çıxışlarını qətiyyən qulaqardına vurmaq olmaz. Çünki öncə nəzərə almaq lazımdır ki, postsovet məkanındakı digər separatçı qurumlar kimi Xankəndindəki separatçı-terrorçu xunta ilə yanaşı, İrəvandakı revanşist, işğalçı irqçi xislətli müxalifətin arxasında da məhz Kreml, şəxsən V.Putin dayanır...

1988-ci ildə Qarabağ münaqişəsi yenicə qızışdırılanda Azərbaycanda kiminsə ağlına gələrdimi ki, ermənilər cəmi 4-5 ildən sonra Vətənimizin Şuşa, Laçın, Kəlbəcər, Ağdam  s. kimi guşələrini işğal edəcəklər. Çoxumuz deyirdik ki, əşşi, erməni bizə edəcək? Amma bizə son 34 il ərzində ediləni əslində ermənilər Moskvanın fətvasıyla etdi... 

Yaxud işğaldan sonrakı dövrdə 2020-ci ilədək həssas siyasi analitik yazarlardan savayı kim ağlına gətirərdi ki, vaxtsa Azərbaycan torpaqlarının xeyli hissəsi azad ediləcək bundan yararlanan Rusiyasülhməramlıadı altında öz ordusunu respublikamızın ərazisinə yeridəcək... yazıqlar ki, bu baş verdi bundan sonra bu gedişlə Donbasda olduğu kimi, Qarabağda on minlərlə Rusiya vətəndaşı peyda ola bilər...

Atalar boş yerə deməyib ki, ağla gəlməyən başa gələr... Odur ki, başımızı boş, mənasız  manıs deyişmələriylə qatmayaq, ayıq olaq ki, bir gün ayılıb uğrunda şəhid qazilərimizin qanı axıdılmış Xankəndi, Xocalı, Ağdərə s. torpaqlarımızın hüquqi baxımdan əlimizdən çıxmasını görməyək...

Sultan Laçın

Paralel.az

0.022340059280396