Bələdiyyə sədrinin qardaşı adam güllələdi

Bələdiyyə sədrinin qardaşı adam güllələdi
 

İmişli rayonunda güllələnmə hadisəsi baş verib.

Paralel.az -ın məlumatına görə, hadisə fevralın 22-də rayonun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.

1981-ci il təvəllüdlü Xalid İbrahimov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qisas almaq niyyəti ilə özünə məxsus ov tüfəngi ilə rayonun Sərxanlı kənd sakini Namiq Xankişiyevin ayaq nahiyəsinə iki dəfə atəş açaraq ona xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, hadisəni törədən Xalid İbrahimov Bəhrəmtəpə qəsəbə Bələdiyyəsinin sədri İman İbrahimovun qardaşıdır.

 

0.040571928024292